Accessibility links

Viskonsində atışmada 7 nəfər həlak olub


Sikhlərin məbədində hadisəni törədən silahlı şəxs ölənlər arasındadır

ABŞ-ın orta-qərb ştatı olan Viskonsində silahlı şəxsin Sikhlərin məbədində odlu silahdan atəş açması nəticəsində 7 nəfər həlak olub. Səhər saat 10:25-də baş verən hadisəni törədən silahlı şəxs ölənlər arasındadır

Qrinfild (Greenfield) polis idarəsinin rəisi Bredli Ventlandt (Bradley Wentlandt)
Milvoki şəhərinin kənarında yerləşən məbədin içərisində dörd nəfərin əcəsədinin tapıldığını deyib. Silahlı şəxsin özü də daxil olmaqla üç nəfər isə belə görünür, məbəddən kənarda öldürülüblər. Polis rəisi rəsmilərin hadisədə ikinci silahlı şəxsin iştirak etmədiyinə inandığını deyib.

Bundan öncə polis işçisinin silahlı atəş açdığı və onların hər ikisinin yaralandığı haqda məlumat verilmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG