Accessibility links

Viskonsin paradına avtomobillə hücum edən şəxs qətldə ittiham olunur


Viskonsin ştatının Vokeşa şəhərinin prokurorları bazar günü Milad paradında yolsuzluq avtomobili ilə 5 nəfəri vurub öldürən sürücüsüyə qarşı beş maddədən ibarət qəsdən öldürmə ittihamı irəli sürüb.

Qurbanlardan altıncısı uşaq sonradan öldüyü üçün Vokeşa Dairəsi Baş Prokurorluğunun prokurorları ittihamın artacağının gözlənildiyini bildirib. Hadisə zamanı 62 nəfər yaralanıb.

Associated Press xəbər agentliyinin məlumatına görə, Milvokidən olan 39 yaşlı şübhəli Darrel Bruks məhkəmə zamanı ağlayıb. Günahı sübuta yetirilərsə, o, hər bir maddə üzrə ömürlük həbs cəzası ilə üzləşəcək.

Dairə prokuroru Syu Opper daha hansı əlavə ittihamlar irəli sürüləcəyi barədə açıqlama verməyib.

Bazar ertəsi Vokeşa Polis İdarəsinin rəisi Den Tompson polisin hücumun motivi olmadığını və bazar günü axşam Milvaki yaxınlığında baş verən qəzanın terrorla əlaqəli olduğuna dair heç bir sübut olmadığını deyib. Polis hadisənin şübhəlinin məişət zəminindəki mübahisəsindən bir neçə dəqiqə sonra baş verdiyini, lakin polislərin həmin vaxt onu təqib etmədiyini bildirib.

Hadisə yerində çəkilmiş videoda parad zamanı qırmızı yolsuzluq avtomobilinin sürəti azaltmadan paradda addımlayan orkestr və digər iştirakçıları arxadan vurduğunu görmək olub.

Bazar günü baş verən hadisədə yaşları 52-79 arasında olan 4 qadın və 81 yaşlı bir kişi həlak olub.

Milvaki yerli televiziya kanalı polis və məhkəmə mənbələrinə istinadən bildirib ki, zorakılıq və asayişi pozmaq da daxil olmaqla, bundan əvvəl irəli sürülən ittihamlara görə həbs edilən Bruks cümə günü həbsdən zaminə buraxılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG