Accessibility links

İzahedici video: Rusiya sanksiyaları


İzahedici video: Rusiya sanksiyaları
please wait

No media source currently available

0:00 0:03:51 0:00

İzahedici video: Rusiya sanksiyaları

Rusiya Ukrayna işğalına görə onlarla ölkə tərəfindən sanksiyalara məruz qalıb.

Bu sanksiyalar müxtəlif növ sektorları əhatə edir. Eyni zamanda, sanksiyalar fərdlərə, o cümlədən Rusiya prezidenti Vladimir Putinə və onun iki yetkin qızına, yüksək vəzifəli hökumət rəsmilərinə və rusiyalı aparıcı biznesmenlərə şamil edilib.

Sanksiyalar Rusiya banklarını əsas maliyyə mesajlaşması sistemindən çıxarılması və Rusiya Mərkəzi Bankının aktivlərinin dondurulmasını da nəzərdə tutur.

Rusiya təyyarələri onlarla ölkənin ərazisindən havaya qalxa, enə və üzərindən uça bilməz.

ABŞ Rusiyadan neft və qaz idxalını qadağan edib. Eyni zamanda Avropa ölkələri Rusiya enerjisinin istifadəsinin azaldılması ilə bağlı planlarını elan ediblər.

İdxal qadağası onlarla Rusiya məhsullarına tətbiq edilib. Sənaye məhsullardan lüks əşyalara qədər bir çox şey qadağan edilmiş məhsullar sırasındadır.

ABŞ həmçinin Rusiya ilə normal ticarət münasibətlərinə son qoyub. Avropa ölkələri də bənzər addımlar atmaqdadır.

Uğurlar

Sanksiyaların effektivliyi gərgin müzakirələr mövzusudur. Bu cür tədbirlərin həm dəstəkçiləri, həm də buna qarşı olanlar var.

Dəstəkçilər deyir ki, sanksiyalar 2015-ci ildə İranın danışıqlar masasına gəlməsinə və nüvə fəaliyyətinin məhdudlaşdırmasına yardım etdi.

Cənubi Afrikada onilliklər ərzində davam edən sanksiyalar 1990-cı ildə hökumətin aparteidə son qoymasında əhəmiyyətli rol oynadı.

Sanksiyalar Birinci Dünya Müharibəsindən sonrakı dövrdə yeni dünya müharibəsinin qarşısının alınması üçün geniş istifadə edilən alətlərdən idi.

ABŞ prezidenti Franklin Ruzvelt neft embarqosu sayəsində İspaniyanı İkinci Dünya Müharibəsində neytral qalmağa inandırmağa müvəffəq oldu.

Uğursuzluqlar

Amma cəmi bir il sonra Ruzvelt Yaponiyanın ABŞ nefti almaq imkanını kəssə də, bu, tamam fərqli nəticələrə səbəb oldu.

Yaponiya bundan qısa müddət sonra Pörl Harboru bombaladı və Asiya üzrə hərbi hücumlarını genişləndirdi. Bu addımların səbəblərindən biri də daha çox neft əldə etmək idi.

Nasist Almaniyasının iqtisadi blokadası da Adolf Hitlerin planlarından geri çəkilməsinə kömək etmədi. Buna əlavə, Almaniya lideri daha çox ərazi iddialarının səbəbi kimi məhz bu sanksiyalardan narahatlığı göstərdi.

Bir əsr müddətində tətbiq edilən 170-dən çox iqtisadi tədbirlərin araşdırması göstərir ki, sanskiyalar yalnız üçdə bir halda ən azı qismən effektiv olub.

Sanksiyaların uğursuzluqla nəticələnən misalları arasında Kuba da var. ABŞ-ın bu ölkəyə onilliklər ərzində tətbiq etdiyi sanksiyalar kommunist hökumətin dağılmasına gətirib çıxarmadı. Eyni cür də Şimali Koreya. Beynəlxalq sansksiyalara baxmayaraq, ölkə nüvə proqramından vaz keçmək niyyətində deyil.

Sanskiyalar nə zaman işə yarayır?

PIIE təşkilatının tədqiqatına əsasən, sanksiyalar nisbətən kiçik hədəflərə nail olmaqda çox faydalıdır. Məsələn, siyasi məhbusların azadlığa buraxılması... Eyni zamanda, siyasi rejimin dəyişdirilməsi və ya demokratikləşmə məsələsində sanksiyalar daha az faydalıdır.

Amma sanskiyaların ən az işlədiyi nümunələr hərbi əməliyyatların dayandırılması cəhdləridir.

Rusiyaya qarşı sanksiyalar rublun dəyərsizləşməsində və ölkədə inflyasiyanın artmasına səbəb oldu.

Rusiyanın baş naziri Mixail Mişustin aprel ayında etiraf etdi ki, indiki vəziyyət “son 30 il ərzində Rusiya üçün ən çətinidir.”

Buna baxmayaraq, sanksiyalar Moksvanı hərbi əməliyyatı dayandırmağa məcbur etməyib.

Rusiya xarici işlər naziri martda deyib ki, Rusiya iqtisadiyyatı sanksiyalara uyğunlaşdırılacaq və ölkə daha güclü olacaq.

XS
SM
MD
LG