Accessibility links

Vitse-prezident Pens səfərini son anda təxirə salıb, Vaşinqtona qayıdıb


ABŞ-ın vitse-prezidenti Mayk Pens

ABŞ-ın vitse-prezidenti Mayk Pens çərşənbə axşamı günü Nyu Hempşir statına səfərini son anda təxirə salaraq, hələlik tam aydın olmayan səbəblərlə əlaqədar Vaşinqtona qayıdıb.

Ağ Evin mətbuat katibinin müavini Hoqan Gidli şərh almaq üçün toplaşmış bir müxbirə deyib ki, “narahat olmaq üçün bir səbəb yoxdur”. Lakin o, təfərrüatlara varmayıb.

Bundan sonra administrasiyanın yüksək səviyyəli bir rəsmisi Amerikanın Səsinə insidentin “qətiyyən nə prezident, nə də vitse-prezidentin səhhəti ilə əlaqədar olmadığını” bildirib.

Həm prezident Donald Tramp, həm də vitse-prezident Mayk Pens günorta saatlarında Ağ Evdə olublar. Lakin onların görüşüb-görüşmədiyi aydın deyil.

XS
SM
MD
LG