Accessibility links

Vitse-prezident Pensin aparatının rəhbərinin koronavirus testi müsbət çıxıb


ABŞ-ın vitse-prezidenti Mayk Pens Florida ştatında Tallahassidə tərəfdarları qarşısında çıxış edir, 24 oktyabr, 2020.
ABŞ-ın vitse-prezidenti Mayk Pens Florida ştatında Tallahassidə tərəfdarları qarşısında çıxış edir, 24 oktyabr, 2020.

ABŞ-ın vitse-prezidenti Mayk Pensin yaxın köməkçisinin COVID-19 testi müsbət nəticə verib. Bu barədə vitse-prezidentin ofisinin sözçüsü bildirib.

"Bu gün vitse-prezidentin aparatının rəhbəri Mark Şortun COVID-19 testi müsbət nəticələnib, o, karantinə başlayıb və təmasların izlənməsi prosesinə kömək edir", Devin O'Malli deyib. O, vitse-prezident Pens və onun həyat yoldaşı Karenin şənbə günü testlərinin mənfi nəticə verdiyini deyib və onların sağlamlıq durumunun yaxşı olduğunu əlavə edib.

O'Mallinin bildirdiyinə görə, Pens “əsas personal üçün cədvəlini CDC (ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzləri-red.) təlimatlarına uyğun olaraq davam etdirəcək”. Vitse-prezident bazar günü Şimali Karolinada kampaniya tədbirində çıxış edəcək.

Prezident Donald Tramp ABŞ-ın üç ştatında kampaniya mitinqlərindən sonra şənbə günü axşam Vaşinqtona qayıdarkən Şorta haqda verilən suala cavabında bildirib: “Bu haqda indi eşitdim. Düşünürəm ki, o, karantinə alınıb. Mən bu barədə eşitmişəm. O düzələcək. Amma indi karantindədir.”

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG