Accessibility links

Vitse-prezident Kamala Harris ilk xarici ölkə səfərini Qvatemalaya edib


Vitse-prezident Kamala Harris miqrasiya və təhlükəsizlik məsələlərini müzakirə etmək üçün Qvatemala liderləri ilə görüş keçirdiyi bir vaxt ABŞ narkotik qaçaqmalçılığı ilə mübarizədə yeni addılmlar atılacağını elan etməyə hazırlaşır.

Administrasiyanın yüksək səviyyəli rəsmisi jurnalistlərə bildirib ki, onlar da korrupsiyanı aradan qaldırılması üçün əlavə tədbirlərin elan ediləcəyinə ümid etdiklərini, lakin hazırda yeni maliyyə yardımı üçün pul ayrılması planlaşdırılmayıb.

ABŞ prezidenti Co Bayden Harrisa ABŞ-Meksika sərhədinə miqrant artımının səbəblərini aradan qaldırmaq liderliyini ələ almaq tapşırığı verib.

Administrasiya rəsmiləri korrpusiyanı həm miqrasiya, həm də iri şirkətlərin Mərkəzi Amerikaya investisiya etməkdən çəkinmələrinin əsas səbəbi olduğunu vurğulayır.

Qvatemala Prezidenti Alexandro Qiammatei ilə danışıqlara əlavə olaraq Harris həmçinin bazar ertəsi icma liderləri və sahibkarlarla görüş keçirir.

"Onun istədiyi şey odur ki, Qvatemala iqtisadiyyatının böyütmə ehtiyacını nəzərə alaraq, iqlim böhranı və bununla nəticələnən ərzaq təhlükəsizliyi ilə məşğul olmaq, yoxsulluq, şiddət və korrupsiyaya qarşı mübarizə aparmağı görüşdüyü bütün şəxslərdən eştitməkdir ki, beləliklə də vitse-prezident hazırladığı geniş strategiyanı irəli sürə bilsin" - deyə, Kamala Harrisin milli təhlükəsizlik üzrə müşaviri Nensi Makendouni bildirib.

Harris oxşar danışıqları çərşənbə axşamı Mexiko şəhərində Prezident Andreas Manuel Lopez Obrador və sahibkarlarla da aparacaq.

Səfərindən əvvəl Harris artan məşğulluq imkanları və daha yaxşı həyat şəraitinin vacibliyini vurğulayıb.

O, qaçqınları dəstəkləmək və qida çatışmazlığı ilə mübarizə aparmaq üçün ABŞ-ın 310 milyon dollar maliyyə yardımı ayırdığını elan edib. Həmçinin bu yaxınlarda ABŞ şirkətləri və təşkilatlarından iqtisadi fürsətlər və maliyyə təhsilini təşviq etmək üçün Mərkəzi Amerika ölkələrinə investisiya qoymaq öhdəliklərini qazanıb.

Lakin Harrisin bu diplomatik təbliğatı müxalif respublikaçılar tərəfindən istehza ilə qarşılanıb. Çünki o, bir vaxtlar ABŞ-Meksika sərhədlərini ziyarət edəcəyini desə də, ora getməyib.

_

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycanda iki nəfər seldə həlak olub
please wait

No media source currently available

0:00 0:12:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG