Accessibility links

ABŞ-da işləmək üçün tələb olunan sənədlər


ABŞ-da qanuni olaraq işləmək üçün Qrin Kart, iş icazəsi və ya məşğulluğa icazə verən viza lazımdır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Birləşmiş Ştatlarda işləmək üçün lazım olan sənədlər barədə suallara cavab olaraq bildirib.

Səfirlik Facebook səhifəsində ABŞ Vətəndaşlıq və İmmiqrasiya Xidmətinin xarici vətəndaşların ABŞ-da işləmək üçün hansı sənədlər tələb olunduğunu aydınlaşdırmaq üçün aşağıdakı məlumatlarını dərc edib.

- Müvəqqəti (qeyri-mühacir) işçi - qeyri-mühacirlərə müvəqqəti olaraq Amerika Birləşmiş Ştatlarına daxil olmağa icazə verilə bilər, lakin onların fəaliyyəti qeyri-miqrasiya viza növü ilə məhdudlaşır.

- Tələbələr və mübadilə proqramlarının ziyarətçiləri tələbələrə və mübadilə proqramlarının ziyarətçilərinə təhsil alan universitetin səlahiyyətli nümayəndəsindən icazə aldıqları təqdirdə ABŞ-da işləmək üçün icazə verilə bilər.

"Xahiş edirik yadda saxlayın ki, rəsmi icazəsiz hər hansı bir iş failiyyəti ilə məşqul olmaq qanuna ziddir və həbs olunmağa, ABŞ-dan deportasiyaya, həmçinin gələcək viza müraciətləri üçün ömürlük qadağa qoyulmasına gətirib çıxara bilər”, ABŞ səfriliyi qeyd edir.

XS
SM
MD
LG