Accessibility links

Viza və xarici müxbirlərin akrediytasiyası üçün MTN razılıq verir


Azərbaycan Xarici İşlər Nazirliyi
Azərbaycan Xarici İşlər Nazirliyi

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament ilə əlaqədar KİV-in sorğusuna cavab olaraq açıqlama verib.

Mətbuat xidmətinin rəhbəri bildirir ki, “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament” ilə əlaqədar bəzi kütləvi informasiya vasitələrində tam səhih məlumat verilməyib.

Media yazır ki, Xarici İşlər Nazirliyinin Kollegiyasının "Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiq edib. Reqlament oktyabrın 27-dən qüvvəyə minib.

Sənədə görə, Xarici İşlər Nazirliyinin Konsulluq idarəsi viza ilə bağlı müraciəti razılaşdırılma məqsədilə Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinə göndərir. Milli Təhlükəsizlik Nazirliyinin rəyi alındıqdan sonra qəbul edilən yekun rəy sorğunun daxil olduğu diplomatik nümayəndəlik və ya konsulluğa təqdim edilir. Viza verilməsi məqsədəuyğun hesab edildikdə diplomatik nümayəndəlik və ya konsulluq tərəfindən viza blankının fərdiləşdirilməsi, pasporta yapışdırılması, verilməsi və qeydə alınması təmin edilir. Araşdırmaların nəticəsindən asılı olaraq, viza verilməsi məqsədəuyğun hesab edildikdə istifadəçiyə elektron poçt vasitəsilə vizanın rəsmiləşdiriləcəyi yer və tarix barədə məlumat verilir.

Sənədə görə, viza verilməsi haqqında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vəsatətlərinə, müraciət olunduğu gündən ən geci 15 gün keçənədək, Azərbaycan prezidenti tərəfindən müəyyən edilən hallarda, habelə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin səfəri təcili müalicə, yaxud Azərbaycanda yaşayan yaxın qohumunun ağır xəstəliyi və ya ölümü ilə bağlıdırsa (bu faktları təsdiq edən sənəd təqdim olunmaqla) ən geci 2 iş günü ərzində baxılır. Elektron xidmət ödənişlidir. Birdəfəlik giriş vizaları üçün – 50 ABŞ dolları, çoxdəfəlik giriş vizaları üçün – 350 ABŞ dolları, turizm vizaları və şəxsi kontraktla təhsil alan tələbələrin vizaları üçün – 20 ABŞ dolları, birdəfəlik tranzit vizası üçün – 20 ABŞ dolları, ikidəfəlik tranzit vizası üçün – 40 ABŞ dolları məbləğində dövlət rüsumu ödənilir.

Mətbuat xidmətinin rəhbəri bildirir ki, “Azərbaycan Respublikasına səfər etmək istəyən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə vizaların verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i Azərbaycan Xarici İşlər Nazirliyinin Kollegiyası hələ 2014-cü il sentyabrın 18-də təsdiq edib.

“Mahiyyət etibarilə, KİV-lərin istinad etdiyi reqlament yeni qəbul edilmiş sənəd deyildir. Azərbaycan Xarici İşlər Nazirliyinin Kollegiyasının 20 oktyabr 2015-ci il tarixli qərarı ilə bu reqlamentə dəyişiklik edilib. Reqlamentin 3.4.2-ci yarımbəndində “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində” sözləri “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında” sözləri ilə əvəz edilib.

Bu dəyişiklik “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın təsdiq edilməsi haqqında” Azərbaycan Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 935 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” Azərbaycan Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə edilib.

Müvafiq olaraq, Azərbaycan Prezidentinin 2015-ci il 14 iyul tarixli 569 nömrəli Fərmanının 5.3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə “Xarici müxbirlərin akkreditasiyası üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”də də eyni dəyişiklik edilib”, Hacıyev qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG