Accessibility links

Prezident Əliyev vizaların verilməsinin təkmilləşdirilməsi ilə bağlı sərəncam imzalayıb


Viza
Viza

Prezident İlham Əliyev “Vizaların verilməsi işinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sənədə əsasən Nazirlər Kabinetinə “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin, “Viza” altsisteminin fəaliyyətinin təkmilləşdirilməsi məqsədi ilə tədbirləri həyata keçirmək tapşırılıb.

Bu tədbirlərə Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən bütün səfirliklərinin və konsulluqlarının “Viza” altsisteminə qoşulması, “Viza” altsistemində yaranan texniki problemlərin aradan qaldırılması, sıradan çıxmış və zəmanət müddəti bitmiş avadanlığın yenisi ilə əvəz edilməsi, altsistemin daim işlək vəziyyətdə saxlanılması üçün müvafiq texniki xidmətin və müşayiətin təşkil edilməsi, “Viza” altsisteminin mövcud proqram təminatının təkmilləşdirilməsi, altsistem vasitəsilə verilən vizalarla bağlı müfəssəl statistik təhlillərin aparılması imkanının yaradılması, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri və Xarici İşlər Nazirliyi arasında məlumat mübadiləsini yaxşılaşdırmaq üçün “Azerspace-1” telekommunikasiya peyki vasitəsilə səfirlik və konsulluqların peyk rabitəsi ilə təchiz edilməsi, “Viza” altsisteminin Azərbaycan Dövlət Miqrasiya Xidmətinin Vahid miqrasiya məlumat sistemi ilə tam inteqrasiya olunması, “Viza” altsistemi çərçivəsində yoxlama prosedurlarının təkmilləşdirilməsi daxildir.

Həmçinin Nazirlər Kabineti vizaların verilməsi prosesinin qiymətləndirilməsi məqsədi ilə monitorinq sistemini yaradacaq, vizaların verilməsi işinin operativliyini təmin etmək məqsədi iləXarici İşlər Nazirliyinin, habelə xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin və konsulluqların işçilərinin ştat sayının artırılması məsələsinə baxacaq, 2015-ci ildə I Avropa Oyunlarının keçirilməsi ilə bağlı “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminin hazırlıq səviyyəsinin yoxlanılması üçün tədbirlər görəcək.

XS
SM
MD
LG