Accessibility links

Vladiqafqazda intiharçı hücumu zamanı 15 nəfər həlak olub


Hələlik hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib

Rusiya rəsmiləri Şimali Qafqazın Vladiqafqaz şəhərində intiharçının avtomobili partlatması nəticəsində azı 16 nəfərin həlak olduğunu və 100 nəfərin isə yaralandığını bildirib. Rəsmilər intiharçının partlayıcı qurğunu izdihamlı bazarın əsas girişində işə saldığını bildirib. Polisə istinadən deyilir ki, 30 kiloqramlıq bomba metal hissəciklərlə doldurulmuşdur. Hələlik hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib. Eyni bazarda 1999-cu ildə törədilmiş partlayış 50 nəfərdən çox insanın həyatına son qoymuşdur. 2001-ci ildə başqa bir partlayış zamanı isə altı nəfər həlak olmuşdur. Prezident Dmitri Medvedev və baş nazir Vladimir Putin hadisəyə məsuliyyət daşıyanların tapılacağına söz veriblər. Rusiya televiziyasında qana boyanmış küçənin görüntüləri və dağılmış avtomobillər nümayiş etdirilib. Vladiqafqaz Şimali Osetiyanın paytaxtıdır. Dağıstan, Çeçenistan və müsəlmanların üstünlük təşkil etdiyi başqa cənub respublikalarından fərqli olaraq, Şimali Osetiya əhalisinin əksəriyyəti pravoslav xristianlardan ibarətdir.

XS
SM
MD
LG