Accessibility links

 Vladimir Putin: Ömürlük Prezident?


Vladimir Putin: Ömürlük Prezident?
please wait

No media source currently available

0:00 0:02:38 0:00

Geridə qoyduğumuz il rusiyalılar üçün ölkənin uzun müddətdir lideri olan Vladimir Putinin 2036-cı ilədək prezident qalmasına imkan verən dəyişiklik də daxil olmaqla konstitusiyaya düzəlişlərlə bağlı ümummilli səsvermə ilə yadda qaldı. Sual budur ki, Putin bunu həyata keçirəcəkmi?

Artıq 20 illdir hakimiyyətdə olan prezident Vladimir Putinin builki ən böyük siyasi uğur, prezidentlik müddətini yenidən təyin edən konstitusiya islahatlarını həyata keçirməsi olub.

Bu yay keçirilən ümumxalq referendumu Putinin hələ öz planları barədə təvazökarlıq göstərməsinə baxmayaraq, Rusiya liderinə növbəti on ildə də Kremldə qalmaq imkanı verir.


İlin sonların dair mətbuat konfransında çıxışı zamanı Rusiya prezidenti Vladimir Putin bu barədə bildirib ki, "Formal olaraq insanlar öz sözünü deyib. Bunu edəcəyimi, ya da etməyəcəyimi gələcəkdə görəcəyik".

Putin bu addımı 2024-cü ildə hazırkı müddəti bitəndən sonra Kremldə baş verə biləcək daxili çəkişmələrə yol verilməsini qarşısının alınması ilə əsaslandırıb.

Lakin siyasi təhlilçilər onun bu siyasi mandatın üzərinə gözlənilməz yüklərin düşdüyünü deyir.
Tarixçi Aleksey Kuznetsovun fikrincə "Sistem onun təməl daşı rolu oynadığı prinsip üzrəində qurulub. O, ölkəni öz əli ilə tənzimləməsindən qürür duyur".

Qlobal koronavirus pandemiyası nəticəsində Rusiyada təkcə insanların həyatı ağırlaşmadı. Putin ölkədə səhiyyə böhranı və onun iqtisadi nəticələri ilə mübarizə aparmaq üçün qlobal səhnədən çəkilən bir dünya lideri kimi fərqli bir rolda çıxış etməli oldu.

Siyasi təhlilçi Dmitri Oreşkin bildirir ki, "O, həmişə ABŞ-a cavab zərbəsi endirib, beynəlxalq səhnədə dayanaraq diziləri üstə düşən Rusiyanı ayağa qaldırıb. Sosial problemlər... pensiya və səhiyyə xidmətinin isə onunla heç bir əlaqəsi yox idi".

Lakin bu indiyə qədər belə idi. Bu il Putinin pandemiya ilə mübarizəsi, zəifləyən iqtisadiyyat və yuxarıdan aşağı idarəetmə tərzinə görə artan narazılıqlarla üzləşdi.

Digər tərəfdən isə avqust ayında Sibirdə müxalifət lideri Aleksey Navalnının ölümcül zəhərlənməsi Putinin hakimiyyəti altında siyasi azadlıqların hüdudları ilə bağlı kəskin suallar yaratdı.

Sorğular və artmaqda olan müxalif səslər göstərir ki, xüsusilə daha gənc ruslar Putinin "ömürlük prezident" olmasına daha az həvəslidir.


Müxalif siyasətçi Dmitry Qudkov bildirir ki, "Əgər insanlardan birbaşa Putinin 2036-cı ilə qədər hakimiyyətdə qalmasını istədiyini soruşsanız, əksəriyyət "yox" deyəcək. Və hətta onları indandırmağa cəhd göstərmədən belə".

Bir sıra yeni repressiv qanunlar və keçmiş prezidentlər üçün toxunulmazlığa dair maddə Rusiya liderinin az riskə getdiyini göstərir.

Hələlik o, Rusiya siyasətinin əsas fiquru olaraq qalır və onun siyasi gələcəyi ilə bağlı qərarlar həll olunmayıb, sadəcə təxirə salınıb. Bu isə 2021-ci il və bundan sonra gələcəyə baxan ölkəni gərgin saxlamağa davam edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG