Rusiya prezidenti Vladimir Putin ABŞ-ın nüvəsizləşmə razılığı əldə etmək istəyirsə, Şimali Koreyaya ciddi təhlükəsizlik qarantiyası verməli olduğunu bildirib.
Çinin dövlət radiosuna müsahibəsi zamanı Vladimir Putin gələn həftə Donald Trampla Kim Conq Un arasında görüşün pozitiv nəticələr verəcəyinə ümid bəslədini ifadə edib.
Liviya və İraqdakı faciəvi vəziyyətdən sonra bu, başqa cür ola bilməz
Rusiyanın dövlət başçısı Şimali Koreyanın presidentsiz addımlarını yüksək qiymətləndirərək, Pxenyanın nüvə və raket sınaqlarını dayandırması, əsas nüvə obyektlərini bağlaması qərarını xoş məram göstəricisi adlandırıb.
Putin bundan əlavə Trampın Kimlə görüşmək qərarını təşviqedici və düşünülmüş addım kimi qiymətləndirib. O deyib ki, bunun müqabilində Pxenyanın təhlükəsizliyinə zəmanət verilməlidir.
"Liviya və İraqdakı faciəvi vəziyyətdən sonra bu, başqa cür ola bilməz. Bütün bunlar Şimali koreyalıların gözü önündə baş verib. Onların zəmanət tələbi də təbiidir”- deyə, Putin bildirib.
Rusiya prezidenti ABŞ-la Cənubi Koreyanın birgə hərbi təlimlərini dayandırmamasına görə təəssüfünü dilə gətirib.
Putin deyib ki, Koreyalar arasında birgə dəmir yolu və boru kəməri kimi layihələr regionda sabitliyi təmin edə bilər.