Accessibility links

Vladimir Putin ABŞ- dan çıxarılmış Rusiya casusları ilə görüşüb


Rusiya Baş Naziri Vladimir Putin ABŞ- dan çıxarılmış Rusiya casusları ilə görüşdüyünü bildirib. Şənbə günü Ukraynada müxbirlərlə görüşü zamanı cənab Putin bildirib ki, o bu yaxınlarda10 agentlə görüşüb. Onlar həyat haqda danışıblar, hətta bərabər vətənpərvərlik mahnısı da oxuyublar. O deyib ki, onlar 1968-ci ildə çəkilmiş nasist Almaniyasında Sovet kəşfiyyatçıları haqda məhşur “Vətən haradan başlayır” kino filmindən mahnını oxuyublar. 10 agent bu ayın əvvəli ABŞ xeyrinə casusluq etdiklərinə görə məhkum olunan dörd rusiyalı casusla dəyişdirilərək, Moskvaya qaytarılıb. Cənab Putin deyib ki, qaytarılan 10 casus Rusiyada yaxşı işlərlə təmin ediləcək və özü dediyi kimi, maraqlı və işıqlı həyat yaşayacaqlar.

XS
SM
MD
LG