Accessibility links

Vladimir Putin Konstitusiyaya düzəlişlər təklifi ilə çıxış edib


Rusiya Federasiyasının prezidenti Vladimir Putin parlamentə müraciət ünvanlayıb. Bir saat yarımlıq çıxışı zamanı prezident demoqrafiiya, sosial və səhiyyə proqramları üçün trilyon rubldan çox büdcə ayrılması həmçinin konstitusiyaya bəzi düzəlişlər edilməsini təklif edib. O, parlamentin səlahiyyətlərinin genişləndirilməsini, qubernatorların dövlət idarəçiliyində rolunun artırılmasını və Rusiyada 25 ildən az yaşayan, başqa ölkə vətəndaşı olan, ya da başqa ölkədə yaşamaq hüququ alanların prezident olmasının qadağan edilməsini təklif edib. Putin konstitusiyaya ediləcək bütün düzəlişlərlə bağlı referendumun keçirilməsini vəd etsə də, hələ ki tarixlər müəyyən olunmayıb.


Konstitusiyaya düzəlişlər


Putinin sözlərinə görə, 1993-cü ildə qəbul olunmuş Konstitusiyanı ləğv etməyə ehtiyac yoxdur. Çünki “insan hüquqları bundan sonra da ölkənin inkişafı üçün təməl olaraq qalmalıdır”. Ancaq Rusiya qanunlarına bəzi düzəlişləri müzakirə etmək olar.
- beynəlxalq razılaşma tələblərinə yalnız Rusiyanın suverenliyinə zidd olmadığı hallarda riayət oluna bilər.
- deputatlar, yüksək vəzifəli məmurlar, nazirlər, parlamentarilər və hakimlər xarici ölkə vətəndaşlığına və ya xarici ölkədə yaşamaq hüququna malik ola bilməzlər
- Rusiya Federasiyasının prezidenti ölkədə ən azı 25 il yaşamış, xarici ölkə vətəndaşlığı və ya xarici ölkədə yaşamaq hüququ olmayan şəxslər ola bilər.

Demoqrafiya


Putin bildirib ki, 2000-ci illərdə demoqrafiyada uğurlar əldə olunsa da, hazırda doğuş əmsalı Avropa ilə eyni səviyyədədir. Rusiya üçün bu kifayət deyil. Hər bir rus qadının ən azı iki uşaq dünyaya gətirməsi üçün 2024-cü ilə qədər bu əmsalın 1,7-yə çatdırılması lazımdır.

Uşaqlı ailələr üçün müavinətlər

İndi Rusiya qanunvericiliyi yalnız üç yaşına çatmamış uşaqlar üçün müavinətlərin ödənilməsini təmin edir. Putin bu müavinətlərin yeddi yaşına çatmayan uşaqlara qədər genişləndirilməsinin lazım olduğunu vurğulayıb. Ödənişlərin məbləği ayda təxminən 5.5 min rubl olacaq. Sözügedən müavinətlərdən gəliri yaşayış minimumundan (ayda 11 min rubl) az olan bütün ailə üzvləri faydalana biləcək. Putinin müraciətindən sonra maliyyə naziri Aleksey Siluanov bütün bu ödənişlərin ildə 400-450 milyard rubl arasında olacağını açıqlayıb.

Analıq kapitalı


Rusiyada analıq kapitalı proqramı 2026-cı ilin sonunadək uzadılacaq və ilk uşaq dünyaya gələndə ödənməyə başlayacaq. Kapitalın miqdarı 466 min 617 rubl, ikinci uşaq doğulanda isə 150 min rubl artırılacaq. Üçüncü uşağın dünyaya gəlməsi ilə dövlət ailəyə ipoteka üçün 450 min rubl da ödəyəcək. Bu barədə Putin 2019-cu il müraciətində danışmışdı.

Səhiyyə

İlkin tibbi yardımın - poliklinikaların, rayon xəstəxanalarının və təcili tibbi yardım stansiyalarının müasirləşdirilməsinə 550 milyard rubl ayrılacaq və bu məbləğin 90% -ni federal büdcə vəsaiti təşkil edəcək. Putin qeyd edib ki, hökumət bu maliyyəni "büdcə dayanıqlığının qorunması şərti ilə" tapmalıdır.

İqtisadiyyat və investisiyalar


Rusiyanın iqtisadi artımını təmin etmək üçün yeni bir investisiya dövriyyəsi lazımdır: müəssisələr üçün vergi artımından imtina edilməsi, sahibkarlıq fəaliyyətinin sadələşdirilməsi və Cinayət Məcəlləsinin müəyyən "iqtisadi tərkib hissələrinin" ləğv edilməsi. Böyük layihələr üçün vergi şərtləri 20 ilə qədər dəyişdirilməməlidir. Bölgələrə gəlirlərdə vergi ixtisarındakı çatışmazlığın üçdə ikisi kompensasiya ediləcək.

Ekologiya


Ən böyük 300 müəssisədən ən azı 80-i zərərli tullantıları azaltmalıdır. Hazırda yalnız 16 müəssisə bunu edir. Poliqonlara gələn tullantıların miqdarını kəskin şəkildə azaltmaq və tullantıların ayrıca olaraq toplanması lazımdır.


İnternet


Rusiyanın sosial cəhətdən əhəmiyyətli mənbələrinə giriş pulsuz olmalıdır. Putinin sözlərinə görə, "bu, Rusiya üçün rəqabət üstünlüyünə çevriləcək." Lakin prezident hansı resurslardan söhbət getdiyini açıqlamayıb.

Müharibə ilə bağlı arxiv sənədləri fondu

9 May ən böyük və ən müqəddəs bayramdır. "Qələbə haqqında həqiqəti qorumaq" məqsədi ilə Rusiya həm ruslar, həm də xarici tədqiqatçılar üçün İkinci Dünya Müharibəsi ilə bağlı açıq olan foto və film materiallarının ən böyük arxiv sənədləri fondunu yaradacaq. "Yoxsa uşaqlarımıza nə deyəcəyik?", Putin qeyd edib.


Hökumət quruluşu


Dövlətin idarə edilməsində qubernatorların və parlamentin rolunu artırmaq lazımdır. Putin Dövlət Şurasının statusunun möhkəmləndirilməai və Dövlət Dumasına hökumət yaratmaq üçün prezidentin bəzi səlahiyyətlərinin verilməsində israr edir. Bundan əlavə, Konstitusiya Məhkəməsi yeni qanun layihələrini prezident tərəfindən imzalanmazdan əvvəl Konstitusiyaya uyğun olub-olmadığını yoxlamalıdır.
Bu düzəlişlərin adi qaydada parlament tərəfindən qəbul oluna bilməainə baxmayaraq, Putin yenə də bütün bu məsələlər üzrə referendum keçirilməsini təklif edib.

XS
SM
MD
LG