Rusiya prezidenti Vladimir Putin deyib ki, onun hərbi qüvvələri limitsiz məsafəyə malik və hər bir raketdən müdafiə sistemindən yayına biləcək kruiz raketləri də daxil olmaqla, bir neçə yeni nüvə silahını sınaqdan çıxarıb.
O, bunu Rusiyada martın 18-nə nəzərdə tutulmuş seçkilər öncəsi qanunvericilər önündə çıxışında bildirib. Putin artıq üç dəfə prezident seçilib və onun əlavə altı il də ofisdə qalacağı ehtimal edilir.
Kruiz raketindən başqa Putin Rusiyanın Sarmat adlı əvvəlkindən daha uzunmənzilli və daha böyük həcmə malik qitələrarası yeni ballistik raketini sınaqdan keçirildiyini deyib.
“Sarmat olduqca güclü silahdır. Onun xüsusiyyətlərinə görə heç bir, hətta perspektivli ballistik raket əleyhinə sistemlər belə onun qarşısını ala bilmir”- deyə, Vladimir Putin bildirib.
Rusiya lideri onun gözlənilən yeni prezidentlik dövründə Rusiyada yoxsulluğun səviyyəsini yarıya endirməyi qarşısına məqsəd qoyduğunu və inkişafa start vermək üçün texnoloji üstünlüyün vacibliyini vurğulayıb.
Onun üçün diqqət yetirilməsi mühüm olan digər sahələrə səhiyyə və infrastruktur daxildir.