Accessibility links

Vladimir Zelenski ilk dəfə cəbhə xəttində olub


Vladimir Zelenski Ukrayna prezidenti və Ali Baş komandan kimi bazar ertəsi Ukraynanın şərqində Rusiya tərəfdarı separatçılarla sərhəddə müharibə zonasında cəbhə xəttində olub.

Rəsmi foto-şəkillərdə Zelenskinin əsgərlərlə birgə sahəni ziyarət etdiyini və bunkerdən düşmən mövqelərə baxdığını görmək mümkündür.

Mətbuat xidməti bildirib ki, aprel ayında prezident seçilən Zelenski Ukraynanın hərbi mövqeləri ilə tanış olmaq üçün bölgəyə səfər edib.

Petro Poroşenko üzərində qəti qələbə qazanaraq mayın 20-si keçirilən inaqurasiyadan sonra prezident kimi vəzifəsinin icrasına başlayan Zelenski deyib ki, müharibəyə son qoymaq onun prioritetlərinə daxildir və buna nail olmaq üçün o, Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazırdır.

Ukraynanın şərqində separatçı qüvvələri maliyyə, hərbi təchizat və döyüşçülərlə təmin etməsi barədə çox sayda dəlillərə baxmayaraq, Kreml davamlı şəkildə altı il davam edən müharibəni qızışdırdığı haqda iddiaları rədd edir.

Münaqişə nəticəsində 13 mindən çox insan həyatını itirib və müharibənin sona çatacağına hələ heç bir işarə yoxdur.

XS
SM
MD
LG