Accessibility links

Amerikanın səsinin jurnalisti Ukraynada ən nüfuzlu qadınların siyahısında göstərilib


Miroslava Qonqadze (ortada) Amerikanın səsinin studiyasında
Miroslava Qonqadze (ortada) Amerikanın səsinin studiyasında

Amerikanın səsinin Ukrayna xidmətində çalışan jurnalist Miroslava Qonqadze Ukraynanın ən nüfuzlu 100 qadınından biri adlandırılıb. Miroslava Qonqadze Vaşinqtondan Ukrayna dilində yayımlanan populyar “Ças-Time” televiziya proqramının aparıcısıdır. Qonqadze Fokus jurnalının siyasət, biznes, media və digər sahələrdə nüfuzlu qadınların siyahısında 52-ci yeri tutur. Ukraynanın keçmiş Baş naziri Yuliya Timoşenko həftəlik jurnalın illik siyahısında birinci yerdə göstərilir. Son rəy sorğularına görə, Ukraynada Amerikanın səsinin proqramlarına həftədə 4,5 milyona yaxın adam baxır. Miroslava Qonqadze 2001-ci ildə həyat yoldaşı, jurnalist Georgi Qonqadzenin qətlə yetirilməsindən sonra Birləşmiş Ştatlarda siyasi sığınacaq alıb. O, mətbuat azadlığının qızğın müdafiəçisi kimi tanınır.

XS
SM
MD
LG