Accessibility links

Volkswagen avtomobillərinin rəqəmsal xidmətlərinə 4 milyard dollar xərcləyəcək


Volkswagen şirkəti rəqəmsal biznes və bulud texnologiyası platforması qurmaq üçün 3.5 milyard avro (4 milyard dollar) sərmayə qoyacaq. 2025-ci ilə qədər reallaşdırılması nəzərdə tutulan plan avtomobillərin sahiblərinə yeni xidmətlər təklif etməyə yardım olacaq.

Almaniya avtomobil istehsalçısı yeni əməliyyat sistemi proqramı üzərində çalışdığını və həmin proqramın 2020-ci ildən sonra istehsal ediləcək hər bir Volkswagen modelində yeriləşdiriləcəyini bildirib.

Şirkətin yaydığı bəyanatda deyilir ki, yeni avtomobillər tamamilə yeni elektronik quruluşa malik olacaq və avtonom idarəetmə funksiyasına yardım edəcək.

Bir maşının işində bir-birindən müstəqil şəkildə çalışan 70 fərqli sensor əvəzinə yeni maşınlarda bütün bu sensorları birləşdirən yeni müvafiq əməliyyat sistemi olacaq.

Volkswagen 2025-ci ilə qədər avtomobil paylaşılması, parkinq, bağlama çatdırılma kimi yeni rəqəmsal xidmətlər hesabına gəlirinin bir milyard avroya qədər artacağını gözləyir.

Şirkət bu xidmətləri aparıcı Avropa bazarlarında, o cümlədən Birləşmiş Ştatlar və Kanadada təklif edəcək.

XS
SM
MD
LG