Accessibility links

Urmiyə gölünün həcmi son bir il ərzində 36 faiz azalıb


Urmiyə gölü

İran Azərbaycanında son 10 il ərzində ən böyük ətraf mühit probleminə çevrilən Urmiyə gölünün quruması sürətlə davam edir.

Rəsmi İRİB xəbər agentliyinin Enerji Nazirliyinin statistikalarına istinadən yayımladığı xəbərə görə, Urmiyə gölünün həcmi son bir il ərzində 36 faiz azalıb.

İyunun 8-də Urmiyə gölünün su səviyyəsinin 1270.74 sm olduğu bildirilib ki, bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 55 sm azdır. Gölün su sahəsi də ötən ilin eyni dövrü ilə müqayisədə 1304 kvadrat kilometr azalıb, 2273 kvadrat kilometrə çatıb.

İranın ən böyük gölünün həcmi bir il ərzində 1,8 milyard kubmetr azalaraq 3,02 milyard kubmetrə çatıb.

Aprel ayında açıqlanan rəqəmlər diqqətə alındığında gölün isti mövsümlərin yaxınlaşması ilə daha sürətli quruduğunu müşahidə etmək mümkündür. Lakin buna baxmayaraq, gölü bərpa etmək üçün Zab çayından tunel vasitəsilə Urmiyə gölünə su çəkmə layihəsinin açılışı təxirə salınıb.

Mehr xəbər agentliyinin yayımladığı məlumata görə, Zab tuneli layihəsinin açılışı 8 ay sonra, yəni gələn ilin fevral ayına qədər təxirə salınıb. Zab tuneli layihəsinin açılışa hazır olduğu dəfələrlə ölkə xəbər agentliklərində yer alsa da, hələ ki, layihə istismara verilməyib.

Ekspertlər urmiyə gölünün qurumasının səbəbi olaraq insan amili olan çox sayda bəndlərin çəkilməsi, əkinçilik üçün istifadə olunan quyuların açılması, gölün ortasında qeyri-standart körpünün tikilişi və gölün su axımının əngəllənməsini müəyyən edib.

Etibarlı elmi jurnallarda məsələ ilə bağlı dərc olunan məqalələrdə gölün qurumasında insanların səbəb oluduğu amillərdən sonra quraqlıq və iqlim dəyişikliyinin ikinci ən təsirli amillər olduğu bildirilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG