Accessibility links

Amerikanın gənc dizaynerləri [Video]


Amerikanın gənc dizaynerləri
please wait

No media source currently available

0:00 0:03:13 0:00
Moda sənayesində gənc dizaynerlər şah damar hesab edilir. Dünyanın moda paytaxtı Nyu-York gənc dizaynerlər üçün yeni proqramlar təşkil etməklə onları ruhlandırır.

Nyu-Yorkdakı binalardan birində Birləşmiş Ştatların müxtəlif bölgəsindən 10 dizayner brendinin adı olan ofisi yerləşir. Yüz nəfər arasından seçilmiş bu dizaynerlər gələcəkdə işlərinin yüksəklərə qalxacağına ümid edir.

​Nyu-York şəhəri İqtisadi İnkişaflar Korporasiyası artıq 2 ildir bu gənc dizaynerlərə yardım edir. Daniel Vosovik bu dizaynerlərdən biridir. “Bu, hüquqi yardım ola bilər. Online mağaza açılışı və ya istehsal sahəsində. Lakin burada nə maddi, nə də investisiya yardımı var, yardım yalnız dəstəkdən ibarətdir.”

Vosovik televiziyanın “Podium” layihəsinın ikinci sezonunda finala çıxıb. O, məşhurlarla işləməyə başlayıb. Keçən il onun dizayn etdiyi paltarları Mila Kunis, Emma Stoun və Elizabet Makkovern geyinmişdi. Lakin məşhurların dizayneri olmaq, daha yuxarı pilləyə qalxmaq üçün təkcə ruh yüksəkliyi kifayət deyil. O, Kelvin Klayndan Malkolm Karfrey və Diana Fon-Fyustenberq kimi müəllimlərdən məsləhət və yardım almağın lazım olduğunu bilir.

​“Mən tanınmış dizayner deyiləm və mən bunun üçün çalışıram. Bu, bizim şəhərdə tanınmamız üçün vacibdir. Bizim gələcəkdə məşhur modelyerlər Ralf Lauren, Donna Karan kimi olmağımız üçün onların dəstəyi vacibdir.” - deyə, Vosovik bildirir.

Erik Conson Nyu-Yorkdakı “Moda İnqubatoru” proqramının direktorudur.
“Mənim fikrimcə, hər bir sahibkar biznesində insanların nailiyyətinin nədən ibarət olduğunu bilir. Bizneslərin başlanması və böyüməsi üçün bu insanlara ehtiyac olur. Onların hər birinə fərdi imkanlar yaradılır. “

Vosovik bütün paltarlarını Nyu-Yorkda hazırlayır. Bu ona hazırlıqlara və istehsalın gələcək addımlarına nəzarət inkanı verir. O, eləcə də gələcək biznes planlarının burada həyata keçəcəyinə inanır. “Bir kolleksiya nümayişi ilə karyeraya nail olmaq olmaz. Paltarlarınız xoşa gəlməsə siz aşağı yuvarlanar, geciksəniz arxanızda bütün körpüləri yandıra bilərsiniz. Mənim fikrimcə nailiyət əldə etmək üçün uzun zaman lazımdır” deyə, o bildirir.

​Vosovik artmaqda olan internet istehlakçısı bazasına malikdir. Onun geyimlərini ABŞ-ın bir çox butikində görmək olar. O isə nailiyyətinə görə dizaynerlərin yardım proqramına borclu olduğunu deyir.
XS
SM
MD
LG