Accessibility links

Vətənə dönən əsgərlərin digər bir döyüş cəbhəsi-işsizlik


Amerikanın İraq və Əfqanıstan müharibələrindəki rolu azaldıqca, əsgərlər vətənə qayıdır. Vətənlərində bir çoxlarını digər bir döyüş cəbhəsi-işsizlik gözləyir.

Amerikada işsizlik səviyyəsi 8.3 faiz təşkil edir. ABŞ-ın Milli Qvadiya və Ehtiyat İdarəsinin bildirdiyinə görə, sabiq əsgərlər arasında bu göstərici 50 faizdir.

Amerika qanunlarına görə qvardiya üzvləri və ya ehtiyatda olan əsgərlər xidmətlərini başa vuranadək onların iş yerləri saxlanmalıdır. Lakin hərbi xidmətdən əvvəl işsiz olanlar da az deyil.

Mayor Pam Ellison Ağ Evin işsizliklə mübarizə aparan işçi qrupunun üzvüdür. Onun dediyinə görə, problem hərbçilərin işsizliyinin mülki vətəndaşların işsizliyi kimi qəbul edilməsindədir.

“Əl-qolumuz bağlı deyil. Tədbirlər görməliyik. Biz onlara gedib, işsiz olub-olmadıqlarını soruşmalıyıq.”

Ordu sıralarına adətən işsizliyin yüksək olduğu ucqar bğıgələrdən olan insanlar yazılır. Hazırda Amerikanın Müdafiə Nazirliyi xidmətdən dönən əsgərlərə mülki treyninqlər verilməsi də daxil edilməklə, hərbçilərin işlə təmin edilməsi yollarını araşdırır. Lakin bir çox veteran üçün bu, kifayət deyil.



XS
SM
MD
LG