Accessibility links

Qobustanda palçıq vulkanı püskürüb [Video]


Vulkan (Foto Turxan Qarışqanın facebook səhifəsindədir)
Vulkan (Foto Turxan Qarışqanın facebook səhifəsindədir)

Fevralın 6-da günorta saatlarında Bakıdan təxminən 60 kilometr cənubda Səngəçal qəsəbəsi ilə Qobustan qəsəbəsi arasındakı ərazidə palçıq vulkanı püskürüb. Vulkan püsküməsi iki dəfə baş verib, partlayış və yanğınla müşayiət olunub. Alovun hündürlüyü 20-25 metrədək çatıb.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutundan Amerikanın Səsinə bildiriblər.

Öz növbəsində, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Amerikanın Səsinə bildiriblər ki, vulkan püskürməsi nəticəsində zərər çəkən olmayıb.

XS
SM
MD
LG