Accessibility links

Dünyanın ən nəhəng palçıq vulkanlarından biri püskürüb


Dünyanın ən nəhəng palçıq vulkanlarından biri 30 il sonra növbəti dəfə püskürüb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası məlumat yayıb.

Məlumatda deyilir ki, martın 1-də Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən Torağay palçıq vulkanında püskürmə baş verib.

Torağay palçıq vulkanı Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun ərazisinə daxildir. Bu günədək vulkan 10 dəfə püskürüb.

Torağay palçıq vulkanı Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsindən 28 km məsafədə yerləşir. Vulkan 400 metr hündürlüyə malikdir.

Vulkanın fəaliyyəti 1841-ci ildən başlayaraq qeydə alınır və sonuncu püskürmə 1988-ci ildə baş verib, ən intensiv fəaliyyət dövrü dörd dəfə püskürdüyü 1984-1988-ci illərin payına düşür.

Vulkanın bünövrəsinin sahəsi 10 kvadrat kilometr, püskürmə məhsulunun ümumi həcmi 350 milyon kub metrə çatır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG