Accessibility links

Vurğun Əyyub: Təhsildə köklü islahat olmayıb [Video]


Vurğun Əyyub: Təhsildə köklü islahat olmayıb
please wait

No media source currently available

0:00 0:07:27 0:00

Vurğun Əyyub: Təhsildə köklü islahat olmayıb

Keçmiş Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Amerikanın Səsinə müsahibəsində test imtahanlarının nəticələrindən danışıb

Keçmiş Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri olmuş Vurğun Əyyub Amerikanın Səsinə müsahibəsində test üsulu ilə ali məktəblərə qəbul imtahanlarının yekunları və orta təhsilin ümumi durumundan danışıb.

Amerikanın Səsi: Tələbə qəbulu üzrə test imtahanlarının bu ilki nəticələrinə münasibətiniz necədir? Hansı fənlər üzrə təhsil göstəricisi inkişaf edib, hansı fənlər üzrə geriləmələr var?

Azərbaycanda orta məktəblər özünün bilik, savad, təhsil vermək funksiyasını itirib. Bu iş daha çox repititorların əlinə keçib.

Vurğun Əyyub: Bu sual ciddi araşdırma tələb edir. Belə bir araşdırmanı mən aparmamışam. Amma, ilkin araşdımaların nəticələri ilə bir az tanışam. O araşdırmaların nəticələri göstərir ki, Azərbaycanda təhsil sistemində ciddi bir irəliləyiş yoxdur. Hansısa sahədə bir az irəliləyiş, hansısa sahədə bir az geriləmə məsələnin ümüumi mahiyyətini ifadə etmir. Məsələnin ümumi məzmunu budur ki, Azərbaycanda orta təhsil, onun qarşısına qoyulan vəzifənin öhdəsindən gələ bilmir. Azərbaycanda orta məktəblər özünün bilik, savad, təhsil vermək funksiyasını itirib. Bu iş daha çox repititorların əlinə keçib.

Amerikanın Səsi: Tələbə qəbulu zamanı korrupsiya və ya rüşvət hallarına rast gəlmək mümkündürmü?

Test sisteminin varlığı şəraitində rüşvət hallarını aradan qaldırmaq mümkündür və yaxud minimuma endirmək mümkündür.

Vurğun Əyyub: Əlbəttə, çünki bu mexanizmi idarə edən insanlardır. Amma, test sisteminin varlığı şəraitində bu halları aradan qaldırmaq mümkündür və yaxud minimuma endirmək mümkündür. Çünki, sistemin özü mahiyyətcə belədir ki, orada yalnız bir qrup adama nəzarət etmək lazım gəlir. Belə bir nəzarəti təşkil etmək də asandır. Amma, ənənəvi qaydada keçirilən qəbul imtahanlarında isə (bu imtahanlar sovetlər dövründə keçirilirdi) nəzarət etmək demək olar ki, qeyri-mümkün idi. Çünki böyük bir müəllimlər ordusu və yaxud imtaham götürənlər ordusu bu işə çox uzun zaman ərzində qoşulurdu. Bu sistem (test sistemi) elədir ki, həm texnologiyanın köməyi ilə, həm bu prosesə nəzarət edəcək adamların sayının az olması imkan verir ki, onun (rüşvət və korrupsiyanın) qarşısını almaq mümkün olsun.

Amerikanın Səsi: Ölkədə təhsilin ümumi səviyyəsi necədir? Demokratik əsaslara dayaqlanan təhsil sistemi bərqərar olubmu?

Təhsilə bağlı olan müxtəlif qurumlar bir-biri ilə söz atışması ilə məşğuldur. Təhsilin səviyyəsi geri gedir.

Vurğun Əyyub: Əslində deyim ki, Azərbaycanda təhsil sisteminin çox aşağı səviyyədə olması heç kəsdə şübhə doğurmur. Bunu bütün ekspertlər, təhsil işçilərinin özləri də vurğulayır. Sadəcə olaraq təhsilə cavabdeh olan dövlət qurumları bunu inkar etməklə məşğuldur. Amma, reallıq gözümüzün qarşısındadır. İş ona gətirib çıxarır ki, təhsilə bağlı olan müxtəlif qurumlar bir-biri ilə söz atışması ilə məşğuldur. Təhsilin səviyyəsi geri gedir. Mən çox sadə bir misal deyim. Hətta, özünü test sisteminin ideya babası elan etmiş şəxslər, bir çox təhsil ekspertləri var ki, təhsildəki bu geriləmənin səbəbini qəbul imtahanlarında və test sistemində görürlər. Unudurlar ki, test sistemi bilik verən bir sistem deyil. O qazanılmış biliklərin ölçülməsi, dəyərləndirilməsi və yerləşdirilməsi sistemidir. Mən, ümumiyyətlə inkar etmək istəmirəm ki, test sistemi təhsilə hansısa mənada təsir göstərmir. Əlbəttə, təsir göstərir. Amma, təhsildəki bütün qüsurları götürüb tələbə qəbulu sisteminin üzərinə qoymaq məsuliyyətdən qaçmaq və yaxud prosesi bilməməkdən irəli gəlir. Son 25 ildə tələbə qəbulunda baş verən islahatdan başqa Azərbaycan təhsilində köklü bir islahat görülməyib. Yaxud islahat kimi təqdim olunan məsələlər əslində təhsil sistemində köklü islahata gətirib çıxarmayıb. Bəlkə də, mənfi nəticələr verib.

Amerikanın Səsi: Təhsildə islahatlar nəticələr veribmi? Təhsilin hansı səviyyələrində islahatlara daha çox ehtiyac var?

Nə qədər ki, orta təhsil icra hakimiyyətlərinin asılılığından xilas edilməyib, nə qədər ki, məktəb direktoru, maarif şöbələri icra hakimiyyətlərinin əmri ilə durub-oturacaq, nə qədər ki, orta məktəbin müəllimlərini və yaxud məktəb rəhbərliyini seçki prosesnə cəlb edib, onları saxtakarlıqda iştirak etməyə məcbur edəcəklər Azərbaycanda təhsil sahəsində hər hansı irəliləyişdən danışmaq mümkün olmayacaq.

Vurğun Əyyub: Təhsil sistemi bir mexanizmdir. Onu ayrı-ayrılıqda götürmək mümkün deyil. Ümumiyyətlə, təhsil Azərbaycan cəmiyyətindən ayrı bir sahə deyil, ayrıca götürülmüş bir ada deyil. Bütövlükdə Azərbaycan cəmiyyətində və idarəetmədə islahatlar getmədiyi üçün, təhsil sistemində islahat adına atılan addımlar da müsbət nəticə vermir. Təhsildə köklü islahatlar lazımdır. O islahatlar müxtəlif istiqamətdə olmalıdır. İstər idarəetmədə, istər təhsil siyasətində, istər təhsilin məzmununda, dərsliklərin hazırlanmasında... Diqqəti çox sadə bir məsələyə yönəldim. Nə qədər ki, orta təhsil icra hakimiyyətlərinin asılılığından xilas edilməyib, nə qədər ki, məktəb direktoru, maarif (yerli təhsil şöbələri nəzərdə tutulur-red) şöbələri icra hakimiyyətlərinin əmri ilə durub-oturacaq, nə qədər ki, orta məktəbin müəllimlərini və yaxud məktəb rəhbərliyini seçki prosesinə cəlb edib, onları saxtakarlıqda iştirak etməyə məcbur edəcəklər Azərbaycanda təhsil sahəsində hər hansı irəliləyişdən danışmaq mümkün olmayacaq.

Amerikanın Səsi: Təhsildə köklü dəyişikliklər üçün daha nə edilməlidir? Əsasən hansı istiqamətlər üzrə addımlar atılmalıdır?

Orta təhsilin qarşısına yalnız bircə vəzifə qoyulsun ki, sən ancaq ali məktəbdə oxuyacaq şagird yetişdirməlisən! Bu absurddur və yanlış yoldur.

Vurğun Əyyub: Mən sadaladım, bir daha deyim. Təhslinin idarəedilməsində köklü dəyişiklik etmək lazımdır. Təhsil sistemini siyasətdən tamamilə kənar tutmaq lazımdır. Dərsliklərin məzmununa və nəşrinə diqqət yetirmək lazımdır. Azərbaycan dərslikləri ilə bağlı Xəzər Universitetində bir layihə də həyata keçirmişik. Azərbaycanda dərsliklə məşğul olan insanlara nə deyirsənsə, deyirlər biz bunları bilirik. Amma, işə gələndə, dərslik ortaya çıxanda, dərsliyi qiymətləndirəndə göürürük ki, xeyli qüsurlara yol verilir. İkincisi, orta təhsilin məzmununda dəyişiklik etmək lazımdır. Orta məktəb şagirdlərini gərəksiz nəzəri biliklərlə yükləməyə heç bir gərək yoxdur. Orta məktəb təhsili daha çox praktik istiqamətdə olmalıdır. Cəmiyyət üçün yararlı insanlar yetişdirməyi nəzərdə tutmalıdır. Orta təhsilin qarşısına yalnız bircə vəzifə qoyulsun ki, sən ancaq ali məktəbdə oxuyacaq şagird yetişdirməlisən! Bu, absurddur və yanlış yoldur.

Amerikanın Səsi: Təhsilin maliyyələşdirilməsi ilə bağlı nə deyə bilərsiniz?

Savadlı müəllimlər əslində orta məktəbdəki fəaliyyətini bir kənara qoyub repititorluqla məşğul olur.

Vurğun Əyyub: Azərbaycanda təhsilin maliyyələşdirilməsi elə də yüksək deyil. Bunun üçün dünya dövlətlərindəki rəqəmləri müqayisə etmək kifayət edir. Hamının gördüyü, çox sadə bir məsələyə diqqət yetirək. Azərbaycanda müəllimlərə verilən maaşla, o müəllimlərdən yüksək səviyyəli tədris, tərbiyə, təlim işləri tələb etmək mümkün deyil. Savadlı müəllimlər əslində orta məktəbdəki fəaliyyətini bir kənara qoyub repititorluqla məşğul olur. Reptitorluqla məşğul olan vicdanlı müəllimlərin böyük əksəriyyətinin əsəbləri artıq sıradan çıxıb. Çünki, o qədər ağır bir zəhmət hesabına abuturyentləri hazırlayır. Bu mənada Azərbaycanda təhsilə ayrılan vəsait heç də kifayət deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG