Accessibility links

Vyetnam turistləri koronavirusa yoluxmaların aşkar edildiyi ərazidən evakuasiya edir


Dünyanın bir çox ölkəsində hökumətlərin təxminən 650 min insanın ölümünə səbəb olankoronavirusun yayılmasının qarşısını almağa çalışdığı bir vaxt Vyetnam Dananq bölgəsində bir neçə nəfərdə COVID-19 testləri müsbət nəticə verdikdək sonra oradakı turistləri evakuasiya etməyə başlayıb.

Vyetnam hökumətinin açıqlamasında əsasən yerli turistlər olan 80 min insanın evakuasiyasının azı dörd gün davam edəcəyi bildirilib. Ölkə xarici turistlər üçün qapalı olaraq qalır.

Vyetnamda aprel ayından bəri şənbə günü ilk yoluxma halının qeyd edilməsindən sonra hökumətin yüksək hazırlıq vəziyyətinə gətirilib.

Avstraliyanın cənub-şərq Victoriya ştatının rəsmiləri bazar ertəsi 532 yeni yoluxma halının qeyd edilyini bildirib və orada tətbiq edilən altı həftəlik məhdudiyyətlərin uzadıla biləcəyi barədə xəbərdarlıq edib.

Avstraliyanın qalan yerlərində koronavirusa yeni təsdiqlənmiş yoluxma halları demək olar ki, yoxdur. Bütün yeni yoluxma halları Viktoriya və qonşusu Yeni Cənubi Uels ştatlarında qeydə alınıb.

Amerika Birləşmiş Ştatları 4.2 milyondan çox təsdiqlənmiş yoluxma hallarına görə dünyada liderdir. Cons Hopkins Universitetinin bazar günü açıqladığı məlumata görə, son bir gündə 55 min yeni yoluxma, 500-dən çox ölüm halı qeydə alınıb.

XS
SM
MD
LG