Accessibility links

Vyetnamda torpaq sürüşməsi azı 35 nəfərin ölümünə səbəb olub


Vyetnamın xilasetmə dəstələri son 20 ildə ölkədə baş verən fırtınanın azı 35 nəfərin ölümü ilə nəticələnən torpaq sürüşməsinə səbəb olmasından sonra kəndlərdə itkin düşən onlarla insanın axtarışını davam etdirir.

Dövlətə məxsus Vyetnam Xəbər Agentliyi cümə axşamı bildirdiyinə görə, təxminən 20 nəfər sürüşmənin baş verfdiyi Tra Van və Tra Len kəndlərindən qaça bilib.

Quan Nam əyalətinin evlərin torpağın altında qaldığı kəndlərində hələ də onlarla insanın itkin düşdüyü bildirilib.

Xəbər agentliyi bildirib ki, cümə axşamı xilasedicilər Tra Vanda kəndində 8 cəsəd aşkar edib.

Rəsmilər fırtınanın təsirinə məruz qoyduğu bölgələrə giriş mümkün olduqudan sonra ölənlərin sayının daha çox olacağından narahatdır.

Çərşənbə günü saatda 150 km sürətində küləklə Vyetnamı vuran Molave 10-dan çox balıqçını öldürüb, bir neçəs balıqçı isə itkin düşüb.

Quang Nam əyalətinin dağlarında yaşayan insanlar hələ də bu ayın əvvəlində 136 nəfərin ölümü ilə nəticələnən torpaq sürüşmə və daşqınların fəsadlarından qurtarmağa çalışır.

Qırmızı Xaç Təşkilastının Vyetnam bölməsinin baş katibi Nquyen Hai Anh Molave fırtınasının 1 milyondan çox olmaqla, ölkənin mərkəzi hissəsində baş verən fəlakətlərin 7 milyondan çox insanın həyatını təsiri altında qoyduğunu bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG