Accessibility links

Vaqner qrupunun başçısı: Müharibəyə "qəti son” qoymağın vaxtıdır


Sloviansk, Ukrayna. 14 aprel, 2023.
Sloviansk, Ukrayna. 14 aprel, 2023.

Rusiyanın Ukrayna hərbi müdaxiləsində baş verən ən son hadisələr:

  • Ukraya əsgərləri döyüşlər şiddətləndiyi üçün Ukrayna əsgərləri Baxmutun bəzi hissələrini boşaldırlar.
  • Rusiya Prezidenti Vladimir Putin rusların orduya səfərbər olunmasını asanlaşdıran qanun layihəsini imzalayıb.
  • Associated Press xəbər verir ki, Çin nə Ukraynaya, nə də Rusiyaya silah satmayacağına söz verib.
  • Kyivin dövlət atom agentliyi olan Enerqoatom deyir ki, Rusiya qüvvələri Zaporijjya Atom Elektrik Stansiyasına böyük miqdarda ərzaq və su gətirib və əsas heyəti içəridə barrikadaya sala bilərlər.

Vaqner Qrupunun başçısı Rusiyanın Ukraynadan çıxmasını istəyir. Yevgeni Priqojin cümə günü Telegram-da yazıb ki, Ukraynadakı müharibənin “möhkəm sonunun” vaxtı çatıb. O deyib ki, Rusiya “hökuməti və cəmiyyətinin” Ukraynadakı müharibəyə “qəti son qoyulmasına” ehtiyacı var.

O bildirib ki, “Rusiya istədikləri nəticələri” əldə edib və “Ukraynanın aktiv kişi əhalisinin böyük hissəsinin kökünü əsib və qalanları qorxudub,” ancaq Ukraynanın Rusiya üzərində əldə etdiyi zəfərlərdən heç birini qeyd etməyib.

Priqojin deyib ki, Rusiya qüvvələri indi artıq “bizdə olan əraziləri qorumalıdır.”

Vaqner Qrupu Rusiyanı Ukraynaya hərbi müdaxiləsində muzdlularla təmin edib.

Bu arada isə cümə günü Rusiyanın Ukraynanın şərqində, Baxmutun şimal-qərbindəki Sloviansk şəhərinə havadan zərbəsi nətivəsində azı səkkiz nəfər ölüb, 21 nəfər yaralanıb.

Donetskin qubernatoru Pavlo Kirilenko dövlət televiziyasında bildirib ki, şəhərə yeddi raket atılıb. Ukrayna milli polisinin bildirdiyinə görə, S-300 raketləri 10 yaşayış binası və başqa obyektləri vurub. Zərbə nəticəsində beş mərtəbəli binanın son iki mərtəbəsi dağılıb. Xilasedicilər sağ qalanları axtarırlar.

Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin yüksək vəzifəli rəsmisi Daria Zarivna deyib ki, dağıntılar altından sağ çıxarılan bir uşaq xəstəxanaya aparılarkən yolda keçinib. Kirilenko da dağıntılar altında ilişib qalanların olduğunun güman edildiyini deyib.

“Bu həftə Ortodok Pasxadan öncə tək bir saat belə qətl və terrorsuz keçməyib,” Zelenski cümə günü yazıb. “Bu, zalım dövlətdir və məğlub olacaq. Qalib gəlmək bizim insanlıq qarşısındakı borcumuzdur. Və biz qalib gələcəyik,” o deyib.

Zelenski daha sonra gecə müraciətində deyib ki, “Rusiyanın şəhər və kəndlərimizə, mövqelərimizə etdiyi hər hücuma, öldürülən hər bir ukraynalıya görə, işğalçı ən ciddi itkilər verməlidir.”

XS
SM
MD
LG