Accessibility links

Priqojin: Ukraynada müharibə başlayandan bəri "Vaqneri"in 20 min muzdlusu öldürülüb 


Muzdlulardan ibarət "Vaqner" qrupunun təsisçisi Yevgeniy Priqojin
Muzdlulardan ibarət "Vaqner" qrupunun təsisçisi Yevgeniy Priqojin

Yarısı məhbus olan muzdlulardan ibarət "Vaqner" qrupunun təsisçisi Yevgeniy Priqojin media texnoloqu Konstantin Dolqovla müsahibəsində deyib ki, Ukraynada müharibə başlayandan bəri qrupun 20 min muzdlusu öldürülüb.

"[Baxmutdakı] əməliyyat zamanı 50 min məhbus seçdim, onların təxminən 20 faizi öldü. Onların sayı bizə müqavilə əsasında gəlib ölənlərlə eynidir. Təxminən daha 20 faizi yaralanıb ki, bu onlara. üç ay və ya daha çox müddətdə döyüşmək imkanı vermir" - deyə, Priqojin bildirib.

"Vaqner" qrupunun yaradıcısının dediyinə görə, Baxmut uğrunda döyüşlər zamanı hərbi dəstədə 35 min muzdlu qalmışdı.

Priqojin onu da bildirib ki, Kreml 2022-ci ilin fevralında Ukraynanı demilitarizasiya etdiyini bəyan etməsi əks effekt əldə verib və Ukrayna ordusu dünyanın ən güclü ordularından birinə çevrilib. "Onlar yüksək təşkilatçılıq səviyyəsinə, yüksək hazırlıq səviyyəsinə, yüksək intellektə malikdirlər. Onlar müxtəlif silahlara malikdirlər və onlar istənilən sistemdə - Sovet, NATO, hansı sistem olursa olsun, silahlardan eyni dərəcədə, uğurla istifadə edir" deyib.

Priqojin onu da əlavə edib ki, Rusiyanın səhvləri Ukraynanın döyüş potensialının güclənməsində böyük rol oynayıb.

Mayın 4-də Priqojin ondan çox muzdlu cəsədin fonunda Rusiya Müdafiə Nazirliyindən qrupunu sursatla təmin etməyi tələb edib. Ertəsi gün o, sursat çatışmazlığı və böyük itkilər səbəbindən mayın 10-da vaqneriləri Baxmutdan çıxarmağı planlaşdırdığını bildirib.

Məhbusların "Vaqner"ə işə götürülməsi ilə bağlı məlumat 2022-ci ilin yayında məlum olub. Müharibəyə ağır cinayətlər törətmiş - qətllər, quldurlar, zorlamalar törətmiş məhbuslar göndərilib. Müqavilə üzrə altı aylıq xidmət müddətində Priqojin məhbuslara əfv ediləcəklərini və cinayət işinin ləğv ediləcəyini vəd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Meksika vəd etdiyi 10 000 əsgərin ilk qrupunu ABŞ-la sərhədə yerləşdirib
please wait

No media source currently available

0:00 0:10:34 0:00

Amerika İcmalı

Amerika İcmalı. Vaşinqton səmasında qəza. ABŞ-Azərbaycan münasibətlərinin perspektivləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG