Accessibility links

Rusiyada "Wall Street Journal" müxbiri həbs edilib


Rusiyanın Feferal Təhlükəsizlik Bürosu (FTB) cümə axşamı bildirib ki, ABŞ-ın "The Wall Street Journal" qəzetinin müxbiri İvan Gerşkoviç Uralın Yekaterinburq şəhərində casusluqda şübhəli bilinərək, saxlanılıb.

"İnterfaks" agentliyinin Rusiyanın Feferal Təhlükəsizlik Bürosuna istinadən bildirdiyinə görə, "Amerikanın "The Wall Street Journal" qəzetinin Moskva bürosunun Rusiya Xarici İşlər Nazirliyində akkreditə olunmuş müxbiri, 1991-ci il təvəllüdlü ABŞ vətəndaşı Gerşkoviç İvanın qanunsuz fəaliyyəti dayandırılıb. O, Amerika hökumətinin maraqları naminə casusluqda şübhəli bilinib".

Qəzet məsələ ilə bağlı heç bir şərh verməyib.

Bəyanatda deyilib ki, Gerşkoviçə "Amerika tərəfi" "hərbi-müdafiə kompleksi müəssisələrindən birinin fəaliyyəti" haqqında məlumat toplamasını tapşırıldığı deyilsə də, heç bir sübut təqdim edilməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Zelenski Rusiyanın hücumu fonunda Xarkivə səfər edib
please wait

No media source currently available

0:00 0:12:03 0:00
XS
SM
MD
LG