Accessibility links

Vaşinqtonda qlobal enerji məsələlərinə həsr olunmuş sammit keçirilib


Vaşinqtonda qlobal enerji məsələlərinə həsr olunmuş sammit keçirilib
Vaşinqtonda qlobal enerji məsələlərinə həsr olunmuş sammit keçirilib

Sammitdə beynəlxalq enerji mənbələri, istehsal həcmi, nəqliyyat şəbəkələri məsələləri ilə yanaşı, ABŞ-ın enerji sahəsində tərəfdaşları ilə əlaqələri müzakirələrin diqqət mərkəzində olub

Vaşinqtonda qlobal enerji məsələlərinə həsr olunmuş sammit keçirilib. Sammitdə beynəlxalq enerji mənbələri, istehsal həcmi, nəqliyyat şəbəkələri məsələləri ilə yanaşı, ABŞ-ın enerji sahəsində tərəfdaşları ilə əlaqələri müzakirələrin diqqət mərkəzində olub. Enerji sammitində ABŞ və xarici ölkələrin hökumətlərinin rəsmiləri, Konqres üzvləri, aparıcı enerji şirkətlərinin rəhbərləri və mütəxəssislər iştirak ediblər. Müzakirələr enerji asılılığı, enerji mənbələrinin divertifikasiyası, qlobal enerji təhlükəsizliyi kimi məsələlərə həsr olunmuş iclaslarda aparılıb.

Enerji mənbələrinin divertifikasiyası mövzusuna həsr olunmuş iclasda region üzrə Vaşinqtonun aparıcı ekspertləri, Heritec fondunun aparıcı təhlilçisi Ariyel Kohen və Mərkəzi Asiya və Qafqaz institutunda araşdırmalar üzrə direktor Svante Kornel Sovet İttifaqının dağılmasından sonra Mərkəzi Asiya regionunda enerji infrastrukturunun ümumi mənzərəsini göstərdilər. Svante Kornel enerji mənbələrinin divertifikasiyası sahəsində inkişafın olduğunu qeyd edərək, Xəzər hövzəsi ölkələrini bunu yaxşı nümunə kimi qeyd etdi. O, regionun tutduğu coğrafi mövqeyinə görə enerji mənbələrinin divertifikasıyası məsələsi üçün önəm daşıdığını bildirdi. Svante Kornel qeyd etdi ki, Xəzər hövzəsindən enerji ehtiyatlarının xarici bazarlara nəql edilməsi məqsədilə gerçəkləşdirilən layihələr anti-Rusiya mahiyyəti daşımayıb, monopoliyalar əleyhinə yönəliblər. Lakin bununla belə,enerji nəqli yollarının Rusiya ərazisindən keçməməsinin bir sıra obyektiv səbəbləri var. Bakı-Tbilisi-Ceyhan və Qazaxıstanda Tengiz yataqlarından Novorossiyskə çəkilmiş kəmərlər birbaşa nəql yollarıdır.

Svante Kornel sıra yeni layihələrin gerçəkləşməsində ləngiləmələrin səbəbini qərb ölkələrinin dəstəyində dəyişikliyin olması ilə izah etdi. Eyni zamanda, o, region dövlətlərinin bu gün özlərinin qərar verə biləcəklərini qeyd etdi. “Bu gün bazar alıcı bazarı deyil, satıcı üçün münasib bir bazardır. Avropaya ehtiyatların nəqli ölkələrin qərarlarından asılı olacaq”-deyə o bildirdi. O dedi ki, bu gün Azərbaycan, ya da Türkmənistanın kənardan qərbin dəstəyinə əvvəlki kimi ehtiyacı yoxdur.

Heritec fondunda təhlilçi Ariyel Kohen enerji bazarının prinsipial olaraq dəyişdiyini qeyd edərək, neft qiymətlərinin beş il bundan əvvəllə müqayisədə yüksəldiyini bunun əsas səbəblərindən biri kimi göstərdi. Onun sözlərinə görə, neft çoxdur və bu, məsələnin müsbət tərəfidir, lakin qiymətlər yüksək olduğuna görə layihələrin gerçəkləşdirilməsi də uzanır. O, İran körfəzində vəziyyət gərgin qaldığına görə Xəzər hövzəsi və Rusiyada enerji mənbələrinin daha cəlbedici göründüyünü dedi. Ariyel Kohenin fikrincə, bugünkü layihələr nə qədər sadə olsa, onların gerçəkləşdirilməsi də daha asan olar. O buna misal olaraq bu yaxınlarda Bakıda Azərbaycan, Gürcüstan və Rumıniya prezidentlərinin Azərbaycandan təbii qazın Avropaya nəql edilməsilə bağlı AGRİ layihəsinin gerçəkləşdirilməsinə dair imzaladıqları razılaşmanı göstərdi. Ekspert bildirdi ki, 2015-ci ildə qlobal enerji infrastrukturunun ümumi mənzərəsinə baxdıqda, iqtisadi durumun bugünkündən daha yaxşı olacağına ümid etmək olar.

ABŞ-ın regionda enerji siyasətindən danışan ekspertlər qeyd etdilər ki, hazırkı administrasiyanın regionla bağlı siyasəti Corc Buş ata, Bil Klinton və Corc Buş oğul administrasiyası dövründən fərqlidir. Ekspertlər o zaman Birləşmiş Ştatlarda Sovet İttifaqının dağılmasından sonra yeni müstəqil dövlətlərlə əlaqələrə prioritet kimi baxan vahid bir mövqeyin olduğunu qeyd etdilər. Onlar bildirdi ki, kiçik ölkələr hazırkı admnistrasiyanın prioritet siyahısında deyil.

XS
SM
MD
LG