Accessibility links

Vaşinqton və London Rusiyanın "Trickbot" qrupunun 11 üzvünə qarşı sanksiyalar tətbiq edib


Ədliyyə Nazirliyinin saytındakı məlumata görə, Birləşmiş Ştatlar və Britaniya Rusiyanın kiber-cinayətkar "Trickbot" qrupuna daxil olan 11 şəxsə qarşı sanksiyalar tətbiq edib.

Cümə axşamı dərc edilən hesabatda "Rusiya uzun müddətdir "Trickbot" qrupu da daxil olmaqla, kiber-cinayətkarlar üçün təhlükəsiz sığınacaq olub. Bugünkü tədbir ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) tərəfindən həyata keçirilib" deyilib.

Eyni zamanda, Ədliyyə Nazirliyi zərərli "Trikbot" proqramı və "Conti" virusu ilə bağlı doqquz nəfərə qarşı ittiham aktını açıqlayıb.

Bugünkü sanksiyalar Rusiya xüsusi xidmət orqanları ilə əlaqəsi olan və ABŞ hökumətinə, ABŞ şirkətlərinə, eləcə də tibb müəssisələrinə hücum edən "Trickbot" qrupunun idarə edilməsi və satın alınması ilə məşğul olan şəxslərə qarşı tətbiq edilir.

Hesabatda deyilib ki, COVID-19 pandemiyası zamanı "Trickbot" qrupu ABŞ-da bir çox əsas infrastruktur və tibb müəssisələrinə hücum edib.

"Birləşmiş Ştatlar qəsbçi virus proqramlarına qarşı aqressiv mübarizə aparır və bizim əsas infrastrukturumuzun pozulmasının qarşısını alır.

Britaniyalı tərəfdaşlarımızla sıx koordinasiya şəraitində Birləşmiş Ştatlar bu zərərli kiber fəaliyyətlərlə mübarizə aparmaq üçün kollektiv mexanizmlərimizdən və səlahiyyətlərimizdən istifadə etməyə davam edəcək" - deyə, Maliyyə Nazirliyinin müşaviri Brayan Nelson bildirib.

Sanksiyalara "Trickbot" qrupunun fəaliyyətində əhəmiyyətli yardım göstərən administratorlar, menecerlər, tərtibatçılar və proqramçılar məruz qalıb.

Forum

XS
SM
MD
LG