Accessibility links

Washington Post: Əliyevin hədəfi müxalifəti bitirməkdir


Pandemiyanın ortasında, aşağı neft qiymətləri və rəqib Ermənistanla gərginliklər dönəmində İlham Əliyev qəfildən siyasi müxalifətdən ibarət “beşinci kolon” düşmənləri aşkar edib və onları həbsə atmağa başlayıb, The Washington Post-un redaksiya məqaləsində bildirilir. “Əliyevin son addımları Azərbaycanda müstəqil siyasi qüvvədən nə qalıbsa, onu yox olmaq təhlükəsi qarşısında qoyub.”

Amerikanın nüfuzlu qəzeti Azərbaycan prezidentinin keçmişdə də heç vaxt müstəqil jurnalistlərə və dissidentlərə yaxşı münasibət bəsləmədəyini vurğulayır. Ancaq son günlərdə baş verənləri redaksiya heyəti xüsusi qəzəb püskürtüsü kimi təsvir edir.

The Washington Post oxucuların diqqətini Prezident Əliyevin mart ayındakı Novruz çıxışına çəkir. Həmin çıxışda Əliyev müxalifəti hədələmiş, onları “beşinci kolon”, “düşmən” və “satqın” adlandırmışdı.

Daha sonra məqalədə 12-16 iyul Azərbaycan-Ermənistan sərhədində baş verən döyüşlər və Bakıda polislə toqquşma ilə müşayiət olunan orduya dəstək askiyası qeyd olunur.

“İlham Əliyev həmin etirazı 'beşinci kolonu' hədəf almaq üçün bəhanə kimi gördü,” Post yazır. Yürüşdən bir gün sonrakı niqtində o, ölkədəki ən böyük müxalifət partiyası olan Azərbaycan Xalq Cəbhəsi Partiyasına hücum etdi. Partiyanın lideri Əli Kərimli əslində orduya dəstək verən bəyanatla çıxış edərək “Biz dövlətimizin və ordumuzun yanındayıq” demişdi. Ancaq fərq etmədi. Cənab Əliyev onları nişangaha götürdü.”

“Biz ‘Beşinci kolon’la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir,“ deyə İlham Əliyev cəbhəçiləri “ermənilərdən də pis” adlandırdı, məqalədə vurğulanır.

İlham Əliyevin öz tənqidçilərini susdurmaq üçün dəmir yumruqdan istifadə etməsi demokratiyanın əksidir və bu səbəbdən hər kəs bu özündən çıxmış tirandan narahat olmalıdır.

Redaksiya heyəti müxtəlif mənbələrə istinadən Azərbaycanda 120-ə yaxın adamın saxlanıldığını, bunlar arasında partiya liderlərinin müavinləri və jurnalistlər olduğunu diqqətə çatdırır.

Dövlət Departamenti pandemiya dönəmindəki həbslərdən narahatlığını ifadə edəndə, Əliyevin xarici işlər nazirliyi cavabında Amerikada irqi qeyri-bərabərliklə bağlı etirazlara diqqət çəkərək Dövlət Departamentinin “nədən və nə üçün” narahat olduğunu bilmədiyini dilə gətirmişdi.

“Gəlin izah edək,” The Washington Post-un redaksiya heyəti çatdırır. “Birləşmiş Ştatlarda etirazlar işlək demokratiyanın damarlarından axan qandır – elə bir demokratiya ki, nə qədər problemli də olsa, ifadə və toplaşma azadlıqlarına təminat verir. Cənab Əliyevin öz tənqidçilərini susdurmaq üçün dəmir yumruqdan istifadə etməsi isə demokratiyanın əksidir və bu səbəbdən hər kəs bu özündən çıxmış tirandan narahat olmalıdır.”

Şərhlərə bax

XS
SM
MD
LG