Accessibility links

"Washington Post": ABŞ qanunvericilərinin Azərbaycana səfəri gizli olaraq Dövlət Neft Şirkəti tərəfindən maliyyəşdirilib


The Washington Post”un əldə etdiyi gizli hesabata görə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 10 konqresmen və 32 heyət üzvünün Bakıya bütün səfər xərclərini ödəyib. Sənədə görə onlar 2013-cü ildə Bakıda keçirilən bir konfransda iştirak edib. İştirakçılar arasında prezident Barack Obamanın keçmiş yüksək səviyyəli yardımçılarından da 3 nəfər olub.

Qəzet yazır: “Konqresmenlər və onlarla birlikdə səfərdə iştirak edənlərə yüz minlərlə dollar səfər xərcləri, ipək şərflər, xrustal çay dəsti vədəyəri 2 500-dən 10 000 dollara qədər olan Azərbaycan xalçaları verilib. Səfərdə konqresmenlərin bəzilərinin xanımları da iştirak ediblər. Səyahət sənədlərinə görə onların təyyarə biletlərinə 112 899 ABŞ dolları ödənib.”

Qəzetin yazdığına görə SOCAR səfərin 750 000 dollarlıq xərclərini ABŞ-da yerləşən qeyri-hökumət qurumlarından biri vasitəsilə ödəyib ki, gerçək maliyyələşmə mənbəyini gizlətsin.

Hesabatı ABŞ Nümayəndələr Palatasının müstəqil bölməsi olan “Konqres etikası ofisi” hazırlayıb.

Bu, 7 il əvvəl yaradılan etik ofisin indiyəcən apardığı ən dərin araşdırmadır. Etik ofis o zaman bir sıra qalmaqallardan sonra, o cümlədən lobbiçi Jack Abramoff-un konqresmenlərin səfər xərclərini ödəməsi aşkara çıxandan sonra yaradılmışdı.

Hesabatı ABŞ Nümayəndələr Palatasının müstəqil bölməsi olan “Konqres etikası ofisi” hazırlayıb.

Azərbaycanla bağlı məsələdə qeyri-kommersiya korporasiyaları Konqresə saxta müraciət ünvanlayaraq guya konfrans maliyyələşdirdiklərinə and içiblər. Bu saxtakarlıq üzə çıxarılaraq Nümayəndələr Palatasının etika komitəsinə yönləndirilib. Komitədən istənilib ki, bu məsələdə, xarici ölkə hökumətlərinin ABŞ-ın dövlət siyasətinə təsirini qadağan edən federal qanunların və Konqres qaydalarının pozulub-pozulmadığını araşdırsın.

Etik komitənin direktoru Tom Rust məsələni şərh etməkdən imtina edib. O, “Mən təhqiqatla bağlı məsələləri şərh etmirəm ” söyləyib.

Söhbət 2013-cü il mayın 28-29-da keçirilən “ABŞ-Azərbaycan görüşü. Gələcəyə baxış” adlı konfransdan gedir.

XS
SM
MD
LG