Accessibility links

Vaşinqton deyir ki, İranın nüvə danışıqlarına yeni cavabı “konstruktiv deyil”


İran sentyabrın 2-də səhər tezdən ABŞ-ın dünya gücləri ilə 2015-ci ildə əldə etdiyi nüvə sazişini canlandırmaq məqsədi daşıyan təkliflərinə yazılı cavab göndərib. Ancaq Vaşinqton Tehranın təklifinə şübhə ilə yanaşır.

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani açıqlamasında deyib ki, “Göndərilən mətn konstruktiv yanaşmaya malikdir və danışıqları yekunlaşdırmaq məqsədi daşıyır”. O, mətnin məzmunu ilə bağlı heç bir təfərrüat verməyib.

İran dövlət mediası bildirib ki, Tehranın cavabı danışıqları əlaqələndirən Avropa İttifaqının xarici siyasət rəhbəri Cosep Borrellə göndərilib. İran və ABŞ arasında 16 ay davam edən dolayı danışıqlardan sonra Borrell avqust ayında Aİ-nin dayandırılmış nüvə sazişinin bərpası üçün çıxılmaz vəziyyətdən çıxmaq üçün yekun təklif irəli sürdüyünü deyib.

Dövlət Departamenti İranın cavabını Avropa İttifaqı vasitəsilə aldığını təsdiqləyib.

"Biz bunu incələyirik və Aİ vasitəsilə cavab verəcəyik, lakin təəssüf ki, bu, konstruktiv deyil" – deyən Dövlət Departamenti də eyni şəkildə İranın təklifinin nədən ibarət olduğunu açıqlamayıb.

O vaxtkı prezident Donald Tramp 2018-ci ildə ABŞ-ı nüvə sazişindən birtərəfli qaydada çıxardıqdan sonra Aİ dolayı danışıqlarda vasitəçi kimi çıxış edib.

Razılaşmaya əsasən, İran iqtisadi sanksiyaların ləğvi müqabilində uranın zənginləşdirilməsini məhdudlaşdırıb. Razılaşma İranın Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) daimi nəzarəti altında 3,67 faizədək zənginləşdirilmiş uranın cəmi 300 kiloqramına malik olmasını nəzərdə tuturdu.

Bununla belə, BAEA-nın son açıq hesablamaları göstərib ki, İranın hazırda 3800 kiloqram zənginləşdirilmiş uran ehtiyatı var. Həmçinin, İran hazırda uranı 60 faiz saflığa qədər zənginləşdirir, bəzi ekspertlər İranın ən azı bir nüvə bombası üçün yanacağa çevrilməsinə kifayət edəcək qədər 60 faiz zənginləşdirilmiş uranın olduğuna dair xəbərdarlıq edir.

İran nüvə silahı yaratmaq niyyətində olmadığını təkid edir. İranın xarici işlər naziri Hüssein Əmir-Abdollahian bu həftənin əvvəlində bildirib ki, Tehran sazişin bərpası üçün Vaşinqtondan daha güclü təminatlara ehtiyac duyur. O, həmçinin deyib ki, BAEA Tehranın nüvə işi ilə bağlı “siyasi motivli araşdırmalarından” əl çəkməlidir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG