Accessibility links

Vaşinqtonun Ankaraya F-35 ilə bağlı təklifi Rusiyanın S-400 raketlərinin gələcəyini şübhə altına qoyur


Vaşinqtonun Ankaraya F-35 ilə bağlı təklifi Rusiyanın S-400 raketlərinin gələcəyini şübhə altına qoyur
please wait

No media source currently available

0:00 0:02:48 0:00

ABŞ-Türkiyə münasibətlərinin sürətli bir şəkildə yaxşılaşması ilə Türkiyə Rusiyadan aldığı S-400 raketlərini üçüncü ölkəyə təhvil verəcəyi təqdirdə, Vaşinqton Ankaranın müasir F-35 döyüş təyyarəsini almasına icazə verməyi təklif edib.

Türkiyənin Birləşmiş Ştatların müasir F-35 hərbi təyyarəsini alması yenidən gündəmə gələ bilər. Ankara Rusiyanın S-400 zenit-raket sistemini alandan sonra F-35 təyyarə proqramından çıxarılıb, çünki Vaşinqton bunun F-35-in gizli texnologiyasını təhlükəyə atdığını deyib.

Ancaq ABŞ Dövlət Departamentinin müavini vəzifəsini icra edən Viktoria Nuland ötən ay İstanbula səfəri zamanı Rusiya raketləri üçüncü ölkəyə köçürüldüyü halda təyyarə satışını bərpa etməyi təklif edib. Türkiyə xarici işlər naziri Hakan Fidan Ankaranın razılığa açıq olacağına işarə edib.

“Daha öncə görülmədiyi bir şəkildə zenit-raket komplekslərinin alışından sonra.Və mən düşünürəm ki, Ərdoğanın kabinetində bəzi insanlar da bunun böyük bir səhv olduğunu etiraf edir. Türkiyənin S-400-ləri alması çox baha başa gələn bir addım oldu,” Kadir Has Universitetindən Onur İşçi deyir.

Müşahidəçilər deyir ki, Türkiyənin S-400-ü alması onun Rusiya ilə münasibətlərinin dərinləşdiyinə və Vaşinqtonla əlaqələrinin pisləşdiyinə dair güclü simvol idi. Razılıq Ankaranın Vaşinqtonu 2016-cı ildə baş vermiş uğursuz çevriliş cəhdində əli olmaqda günahlandırdığı bir vaxta təsadüf edən etimadsızlıq dövründə imzalanıb. ABŞ bu ittihamı rədd edib.

Türkiyənin ABŞ-la münasibətləri Ankaranın İsveçin NATO-ya üzvlüyünü ratifikasiya etməsi və Vaşinqtonun buna cavab olaraq Türkiyəyə F-16 təyyarələrinin satışına icazə verməsindən sonra yaxşılaşmağa başlayıb. Ancaq F-16 Türkiyənin qonşusu və rəqibi Yunanıstanın ordusunu müasirləşdirmək səyləri çərçicəsində almağa hazırlaşdığı F-35-dən daha aşağı statusa malikdir.

“Türkiyənin HAWK-larına baxanda, hər kəs qorxur ki, Egey dənizi üzərində hava qüvvələri tarazlığı Yunanınstanın xeyrinə dəyişəcək,” Kadir Has Universitetindən Soli Özer deyir.

Ancaq analitiklər deyir ki, Vaşinqtonun Rusiya istehsalı raketlərin Türkiyənin Azərbaycan, Qətər və ya hətta Liviya kimi müttəfiqinə göndərməsi müqabilində F-35 vermək təklifi Ankaranın Birləşmiş Ştatlarla münasibətlərinin yaxşılaşmasındakı irəliləyişlərdən asılıdır.

“Türkiyə asanlıqla S-400-dən imtina edə bilər. Bu, siyasi qərardır, hərbi ehtiyac deyil. Bu siyasi qərar və siyasi kompromisdir. İndiyədək, S-400 Türkiyəyə NATO və Amerika Birləşmiş Ştatları ilə danışıqlar səviyyəsini artırmağa kömək edib,” Xarici Siyasət İnstitutundan Hüseyin Bağcı deyir.

Ankaranın Rusiya raketlərini alması Moskva üçün Türkiyəni NATO müttəfiqlərindən ayıran diplomatik zəfər kimi qiymətləndirilirdi. Təhlilçilər deyir ki, həmin raketlərin Türkiyədən çıxarılması Vaşinqton üçün də eyni dərəcədə əhəmiyyətli bir qələbə sayıla bilər.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG