Accessibility links

Urmiyə gölündə son günlər suyun səviyyəsində nisbi artım müşahidə olunur


Urmiyə gölü
Urmiyə gölü
İran mediası son günlər Urmiyə gölünün suyunun həcminin artdığını bildirir. İran mediası və Qərbi Azərbaycan vilayətinin rəsmiləri bunu gölün canlandırmasında bir uğur kimi qiymətləndirirlər.

Mehr Xəbər Agentliyi Qərbi Azərbaycan valiliyinin tikinti işlər üzrə müavini Yasir Rəhbərdinə istinadən xəbər verir ki, gölün hündürlüyü son 6 ayla müqayisədə 13 sm artıb. O, gölün suyunun artmasını yağışlar və gölə əlavə suyun buraxılması nəticəsində baş verdiyini hesab edərək bildirib ki, son 6 ayla müqayisədə gölün ölçüsü 311 kvadrat kilometrdən çox artıb.

Rəhbərdin gölün suyunu ötən il sentyabr ayı ilə müqayisə edərək, o zaman gölün ölçüsünün 930 kvadrat kilometr olduğunu, hazırda isə onun ölçüsünün 1241 kvadrat kilometrə çatdığını bildirib.

Zab kanalının suyunun buraxılması ilə gölün nisbi vəziyyətinin yaxşılaşdığı müşahidə olunsa da, bəzi ekspertlər Urmiyə gölünün vəziyyətindəki bu nisbi yaxşılaşmanın qısamüddətli olacağına inanırlar.

İstanbuldakı Cərrah Paşa Universitetindən Geologiya və Ətraf Mühit üzrə Doktor İslam Müstəfəvi hesab edir ki, önümüzdəki aylarda yay mövsümünün gəlməsi və göldə suyun buxarlanma sürətinin çoxalması nəzərə alınmaqla, Zab kanalından gölə daxil olan suyun miqdarı ilə göldən buxarlanan su miqdarı təqribən eyni olacaqdır.
Mustəfəvi Amerikanın Səsinə deyib ki, “Urmiyə gölü hövzəsində ildə 3,4 milyard kubmetr yağıntı olur. Gölün səthində suyun buxarlanma miqdarı isə ildə 2,7 milyard kubmetrdir ki, bu da Urmiyə gölünün yatağında təxminən 700 milyon kubmetr yağışın yığılmasının mümkün olduğu deməkdir."
Ətraf mühit üzrə ekspert həmçinin deyib ki bu miqdar suyun bütünü bəndlərdən gölə buraxılması nəzərdə tutulsa da, bir çox hallarda bu həyata keçirilməyib.
Ekspert deyir ki, görülən tədbirlər, məsələn, Zab çayından gölə su ötürülməsi kimi tədbirlər təkbaşına uzunmüddətli perspektivdə gölün bərpasına gətirib çıxara bilməz. Müstəfəvi deyir ki, gölün quruması ilə mübarizənin həlli gölün ətrafındakı torpaqlarda kənd təsərrüfatı sektoruna nəzarət etməklə mümkün ola bilər.
"Göl ətrafında becərilən kənd təsərrüfatı məhsullarının növünün dəyişdirilməsi və ya bu ərazilərdə əkinçiliyin qadağan edilməsi və dövlətin fermerlərə dəstək göstərməsi və kənd təsərrüfatında istifadə olunan suyun gölə buraxılması bu gölün uzun müddətdə yenidən canlanması üçün ciddi həll yolu ola bilər." -deyə ekspert əlavə edib.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG