Accessibility links

Ümumdünya Su Günü - Su və kanalizasiya böhranlarının həlli yolları


Ümumdünya Su Günü - Su və kanalizasiya böhranlarının həlli yolları
please wait

No media source currently available

0:00 0:02:03 0:00

Ümumdünya Su Günü - Su və kanalizasiya böhranlarının həlli yolları

Builki Ümumdünya Su Günü (22 Mart) su və kanalizasiya böhranlarının həlli üçün dəyişiklikləri sürətləndirməkdən ibarətdir. Dünyanın böyük bir hissəsi təmiz içməli su çatışmazlığı ilə mübarizə apararkən, bir fransız şirkəti mövcud su ehtiyatlarını daha yaxşı saxlamağa və qorumağa yardım edən avtonom robot hazırlayıb.

Bu robot günlərin birində bizim suyun qorunması haqqında düşüncə tərzimizi dəyişə bilər. O, su borusunun içərisinə yerləşdirildikdə, sistem vasitəsilə asanlıqla hərəkət edir və suyun axınına mane olmadan, boruların vəziyyəti haqqında əsas məlumatları ötürür. ACWA Robotics-in həmtəsisçisi Jan-Fransua Guiderdoni: "Biz bir missiya ilə çox böyük məlumat toplusunu əldə edə bilirik və həqiqətən vəziyyət haqqında geniş məlumat verə bilirik."

"Clean Water Pathfinder" adlı robot borunun dəqiq yerini təyin etməyə və korroziya, mikro çatlar və ümumi aşınmanı aşkar etməyə imkan verən yüksək ayırdetmə qabiliyyətinə malik kamera və ultrasəs sensorları ilə təchiz edilib. O, Fransanın startapı tərəfindən su təchizatı şirkətlərinə boruların harada və nə vaxt təmir ediləcəyini və ya dəyişdiriləcəyini müəyyənləşdirməyə yardım etmək, sızmaları və xərcləri azaltmaq məqsədi ilə yaradılıb. "Dünyada təqribən 40 milyon kilometr su paylayıcı şəbəkəmiz var və yalnız bir kilometrin yenilənməsi 150 minlə 800 min arasında avroya başa gəlir. Beləliklə, onlara çatdırdığımız məlumat çox qiymətlidir."

Mövcud su şəbəkələrinin optimallaşdırılması indi xüsusilə vacibdir, çünki bu qiymətli təbii sərvətə qlobal tələb artmaqda davam edir.

BMT-nin son hesabatında deyilib ki, 2030-cu ildə suya olan tələbat 40 faiz artacaq. Arizona Təbiəti Mühafizə Su Proqramı-ndan Kimberli Şonek: "Və beləliklə, bu cür texnologiya sistemdə itkilərin azalması, su şirkətlərinin müştərilərə çatmayan suyu çəkib və sonra sistemdə suyun itməməsindən əmin olmalıyıq.

Fransada sınaq mərhələsindən keçdikdən sonra şirkət “Pathfinder”i dünyanın digər bölgələrinə yaymağı planlaşdırır.

XS
SM
MD
LG