Accessibility links

Qərb İranı qanunsuz olaraq raketləri sınaqdan keçirməkdə, Rusiyaya pilotsuz təyyarələr göndərməkdə ittiham edir


İranla 2015-ci il nüvə razılığını imzalayan Qərb ölkələri bazar ertəsi Tehranı ballistik raketlər inkişaf etdirib, sınaqdan keçirməkdə, yüzlərlə dronu Rusiyaya ötürməkdə və uranı nüvə silahı olmayan bir ölkə üçün misli görünməmiş 60 faizdə zənginləşdirməkdə və bunlarla da BMT-nin razılığı təsdiqləyən qətnaməsini pozmaqda ittiham ediblər.

İran və müttəfiqi Rusiya Britaniya, Fransa və Almaniyanın irəli sürdüyü və 2018-ci ildə razılıqdan geri çəkilən Birləşmiş Ştatların dəstəklədiyi ittihamları rədd edib.

Altı tərəfin imzaladığı razılıq İranın nüvə silahları inkişaf etdirə bilməməsini təmin etmək məqsədi daşıyırdı. Razılıq altında Tehran iqtisadi sanksiyaların aradan qaldırılması müqabilində uranının zənginləşdirilməsini nüvə enerjisindən dinc məqsədlərlə istifadə etmək üçün lazım olan səviyyəyə qədər məhdudlaşdırmağa razılaşıb.

Kəskin fikir mübadiləsi Təhlükəsizlik Şurasının 2015-ci il nüvə sazişini təsdiq edən qətnaməsinin icrasına dair yarımillik iclasında olub.

Həm İranın BMT-dəki səfiri Əmir İrəvani həm də Rusiyanın BMT-dəki səfiri Vasili Nebenzia hazırkı qarşıdurmya görə Birləşmiş Ştatların razılıqdan geri çəkilməsini, Qərbin sanksiyaları və “anti-İran” mövqeyi günahlandırıb.

İrəvani deyib ki, İrana Nüvə Silahlarının Yayılmaması Müqaviləsi altında dinc məqsədlər üçün uranı zənginləşdirməyə icazə verilir və Nebenzia Rusiyanın Ukraynada İranının pilotsuz təyyarələrindən istifadə etdiyinə dair iddia edilən sübutları rədd edib.

O zamankı prezident Donald Tramp 2018-ci ildə birtərəfli qaydada razılıqdan çəkildiyi zaman demişdi ki, o daha güclü razılıq üzərində işləyəcək, amma bu, baş vermədi. İran bir il sonra razılığın şərtlərini pozmağa başladı və BMT-nin nüvə müşahidəçisi Beynəlxalq Atom Enerjisi Agentliyi İranın uranı nüvə silahları səviyyəsində olan 60 faizdə zənginləşdirdiyini bildirir.

2015-ci il nüvə razılığımı bərpa etmək məqsədilə yol xəritəsir tapmaqla bağlı rəsmi danışıqlar 2022-ci ilin avqustunda iflas edib.

Forum

XS
SM
MD
LG