Accessibility links

Donetsk və Luqansk regionları barədə bildiklərimiz


A man walks past a road sign in the town of Avdiivka, Donetsk region, located on the front-line with Russia-backed separatists, Feb. 21, 2022.
A man walks past a road sign in the town of Avdiivka, Donetsk region, located on the front-line with Russia-backed separatists, Feb. 21, 2022.

Rusiya Prezidenti Vladimir Putin bazar ertəsi Ukraynanın şərqində rusdilli Donetsk və Luqansk regionlarını müstəqil dövlətlər kimi tanıyıb, onları artıq Ukrayanın bir hissəsi olmadığını bəyan edən sənədlər imzalayıb. Bundan bir neçə saat öncə isə regionların separatçı liderləri müstəqilliklərinin tanınmasına çağıran video-müraciət paylaşıblar.

Yer

Donbas kimi tanınan Donetsk və Luqansk regionları Ukraynanın şərqində Rusiya ilə sərhəddə yerləşir. Regiona Kyiv, habelə separatçıların nəzarət etdiyi ərazilər daxildir. Regiondakı əsas sənaye sahələri kömür hasilatı və polad istehsalıdır.

Əhali

Donetsk və Luqansk regionlarında yaşayan 3.6 milyon insanın çoxu, regiona İkinci Dünya Müharibəsindən sonra sovet dövründə rusiyalı işçilərin miqrasiyası səbəbilə rusdillidir. Associated Press-in məlumatına görə, Moskva son illərdə region əhalisinin təxminən beşdə birinə 720 mindən çox Rusiya pasportu verib.

Üsyançılar nəzarət edir

Donetsk və Luqansk regionlarında Rusiya tərəfdarı separatçılar 2014-cü ildə hökumət binalarını ələ keçriib və regionları müstəqil “xalq respublikaları” elan edib. Bu, Rusiyanın Krımı Ukraynadan ilhaq etməsindən sonraya təsadüf edib.

Döyüş

2014-cü ildən bəri Donbas regionunda Rusiya tərəfdarı separatçılarla Ukrayna qüvvələri arasında döyüşlərdə 14 mindən çox insan həyatını itirib. Ukrayna və Qərb Rusiyanı separatçıları həm hərbi həm də maliyyə dəstəyi ilə təmin etməkdə ittiham edir. Moskva isə bu ittihamları rədd edir.

Döyüşlər zamanı 2014-cü ildə Ukraynanın şərqi üzərində uçan Malayziyaya məxsus təyyarə vurulub və nəticədə təyyarədəki 298 nəfər həyatını itirib. Beynəlxalq təhqiqatçılar təyyarəni vuran raketin Rusiyaya məxsus olduğunu və Rusiya tərəfdarı separatçıların nəzarət etdiyi ərazidən atıldığını bildirib. Rusiya insidentdə əli olduğunu inkar edib.

Müstəqillik

Donetsk və Luqansk regionlarındakı separatçılar 2014-cü ildə nəzarəti ələ keçirəndən sonra, müstəqillik elan etmək üçün səsvermə keçirilər. İndiyə kimi heç bir ölkə onların müstəqillik tələbini tanımamışdı. Bazar ertəsi isə Putin Rusiyanın Təhlükəsizlik Şurası ilə görüşədən sonra regionların müstəqilliyini elan edib. Onun açıqlaması regionların separatçı liderlərinin müstəqilliklərinin tanınması üçün video müraciət yaymlarından sonraya təsadüf edib.

Regional liderlər

Hər bir regionda özünü prezident elan etmiş şəxs var. Denis Puşilin 2018-ci ildə Kyivin etiraz etditi səsvermə nəticəsində qondarma Donets Xalq Respublikasının başçısı, Leonid Paseçnik isə Luqansk separatçı regionun lideri seçilib.

Minsk sülh prosesi

Rusiyanın regionları tanıması heç vaxt tam yerinə yetirilməmiş Minsk sülh razılıqlarına faktiki olaraq son qoyur. 2014 və 2015-ci ildə imzalaran sazişlər Ukrayna daxilinə regionlara çox sayda muxtariyyətin verilməsinə çağırırdı.

Digər separatçı bölgələr

Rusiya daha öncə də 2008-ci ildə Gürcüstanla qısa bir müharibənin ardınca Gürcüstanda iki separatçı regionunun – Abxaziya və Cənubi Ossetiyanın müstəqilliyini tanımışdı. Rusiya o zamandan bəri həmin regionlarda qoşunlarını yerləşdirib və əhaliyə Rusiya vətəndaşlığı verib.

XS
SM
MD
LG