Accessibility links

WhatsApp kütləvi mesajları məhdudlaşdırır


WhatsApp kütləvi mesajları məhdudlaşdırır
please wait

No media source currently available

0:00 0:01:18 0:00

WhatsApp messenceri bazar ertəsindən etibarən eyni mətni göndərilə biləcək insanların sayını məhdudlaşdırıb. Daha öncə istifadəçilər eyni mətni 20 nəfərə qədər insana göndərə bilirdilər. Yeni qərardan sonra isə eyni mesaj yalnız 5 nəfərə göndərilə bilər.

Şirkət bu yeniliyi yoxlanılmamış və saxta məlumatların kütləvi yayılması ilə mübarizə səyləri ilə izah edir. Bundan əlavə, yeni düzəlişlər sayəsində saxta məlumatı ilk kimin göndərdiyini müəyyən etmək daha asan olacaq.

Oxşar məhdudiyyət yarım il öncə Hindistanda tətbiq edilmişdi. O zaman, uşaq qaçırılması ilə bağlı şayələrin yayılması bir sıra linçləmə ilə bitmişdi. Şirkət bildirir ki, cənubi Asiya ölkəsindəki təcrübə uğurlu olduğundan, məhdudiyyəti bütün dünya üzrə tətbiq etmək qərarı verilib.

Populyar messencer həm də Braziliyada geniş tənqidlərlə üzləşib. Tənqidçilər bildirir ki, oktyabr ayında, ölkədə prezident seçkiləri ərəfəsində WhatsApp messenceri propoqanda və namizədlər haqda saxta xəbərlərin kütləvi yayılması üçün istifadə edilib.

WhatsApp-a sahib olan Facebook sosial şəbəkəsi özü də bu yaxınlarda böyük qalmaqalın mərkəzində olub. ABŞ prezident seçkiləri zamanı sosial şəbəkədən istifadə edərək, seçicilərin fikrinə təsir etməyə çalışıblar. O zamandan bəri, şirkət saxta xəbərlərlə mübarizəyə əhəmiyyəti diqqət ayırmağa başlayıb.

XS
SM
MD
LG