Prezident Co Bayden administrasiyasında xüsusi koordinator Amos Hokşteyn bildirib ki, bu ilin əvvəlində Ukraynaya hərbi müdaxilədən sonra Rusiya iqtisadiyyatında qalan yeganə şey neftdir.
“İqtisadiyyatda qalan yeganə şey neftdir. Putin iqtisadiyyatın qalan hissəsini adğıdıb” – deyə, Hokşteyn CNBC etle kanalına bildirib.
“Onlarda qalan yalnız yerdən çıxan ehtiyatlardır. O, artıq qazını Avropaya satmayacaq, ona görə də onun əlində qalan yalnız neftdir, bu müharibəni maliyyələşdirən də budur” – deyə, o qeyd edib.
Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, bu il Rusiyanın ÜDM-i 3,4% azalacaq.
Eurostat-ın məlumatına görə, Rusiya 2021-ci ildə Avropa İttifaqının ən böyük təbii qaz və neft məhsulları tədarükçüsü olub, lakin bu il Rusiyadan Aİ-yə qaz ixracı azalıb.
“Mövcud istehsal və nəqliyyat imkanlarına baxmayaraq, Rusiya 2022-ci ilin əvvəlindən bəri Aİ-yə qaz tədarükünü təxminən 50% azaldıb” – deyə, Beynəlxalq Enerji Agentliyi bildirib.
Hokşteyn enerji sektorunda gələcək texnologiyaların inkişafı üçün daha təhlükəsiz mühiti təmin etmək üçün erkən fəaliyyətin vacibliyini vurğulayıb.