Obama administrasiyası Beynəlxaq Atom Enerjisi agentliyinin İranın nüvə proqramı ilə bağlı yeni hesabatını yaxından tədqiq etdiyini bildirib.
Ağ Evin mətbuat katibi Cey Karni müxbirlərə deyib ki, İranın nüvə sahəsində beynəlxalq öhdəliklərə əməl etməməsi təəccüb doğurmur. O, Vaşinqtonun Beynəlxaq Atom Enerjisi agentiyinin yeni hesabtını araşdırdığını bildirib, eyni zamanda ABŞ və müttəfiqlərinin İranın nüvə proqramını diqqətlə izlədiyini bir daha təkrar edib.
“Biz hesabtın deatllarını diqqətlə araşdırırıq, lakin geniş mənada İranın öz öhdəliklərinə əməl etməməsi təəccüb doğurmur. Hesabatda göstərildiyi kimi, biz İranın nüvə proqramını yaxından izləyirik və İranın silah hazırlanmasında istifadə ediləcək səviyyədə uran istehsalına başladığı halda bunu müəyyən edə bilirik”-deyə Cey Karni bəyan edib.
Beynəlxaq Atom Enerjisi agentiyinin hesabatında deyilir ki, İran müqəddəs Qum şəhəri yaxınlığında yerləşən Fordo yeraltı obyektdə uran zənginləşdirilməsi məqsədilə sentrifuqaların saynı iki dəfə artırıb.
Agentlik obyektdə 2140 sentrifuqanın olduğunu, lakin yeni maşınların hələ çalışmadığını bildirib.
Beynəlxaq Atom Enerjisi agentiyi habelə Parçin obyektində vəziyyətlə bağlı hesabatına əlavələr edib. ABŞ və müttəfiq ölkələr gizli saxlanan fəaliyyətlərin peyk vasitəsilə çəkilmiş foto-şəkillərdə göstərilməsindən sonra bu obyektə xüsusi diqqət verir.
İran nüvə silahı istehsalına çalışmadığını və nüvə proqramının dinc məqsədlərə xidmət etdiyini bəyan edir.
Prezident Obama dəfələrlə İranı nüvə silahı istehsalından çəkindirməyə çalışdığını bəyan edib.
Ağ Evin mətbuat katibi Cey Karni prezidentin bütün variantların qüvvədə qaldığına dair mövqeyini bir daha təkrar edərək, diplomatik həll yolu üçün imkanın qaldığını, lakin bu imkanın daim mövcud olmayacağını əlavə edib.
“Diplomatik həll yolu üçün zaman və imkan var, qeyd etdiyim kimi, bizim İranın nüvə proqramı ilə bağlı inkişafları açıq görmək imkanımız var və əvvəllər qeyd etdiyim kimi, onlar nüvə silahı istehsalı istiqamətində mühüm bir addım atsalar, bizim bundan xəbərimiz olacaq”-deyə Cey Karni bildirib.
Ağ Evin sözçüsü deyib ki, İranın öz fəaliyyətləri ilə bağlı məsələləri həll etmək üçün Beynəlxaq Atom Enerjisi agentiyi ilə əməkdaşlıq aparmaması və bu suallara cavab vermək üçün razılığa gəlməməsi ölkənin ciddi olmadığını bir daha sübut edir.