Accessibility links

ÜST rəhbəri: Qəzzanın ən böyük xəstəxanası artıq fəaliyyət göstərmir


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş Direktoru Tedros Adhanom Gebreyesus Qəzzadakı Şifa tibb mərkəzinin "artıq xəstəxana kimi fəaliyyət göstərmədiyini" deyib və bildirib ki, Qəzzanın ən böyük xəstəxanasındakı vəziyyət "dəhşətli və təhlükəlidir".

Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri xəstəxananın ətrafındakı "daimi atəş və bombardmanların" "onsuz da kritik vəziyyəti daha da ağırlaşdırdığını" deyib.

İsrailin baş naziri Benyamin Netanyahu bazar günü Qəzzanın mühasirəsində olan Şifa xəstəxanasındakı xəstələrin təhlükəsiz şəkildə evakuasiya edilə bilməməsi üçün heç bir səbəb olmadığını bildirsə də, HƏMAS militantlarının "onların zərər görməsi üçün əllərindən gələni etdiklərini" iddia edib.

İsrail lideri CNN-in kanalının "Birliyin Vəziyyəti" verilişinə açıqlamasında 100 xəstənin artıq xəstəxanadan çıxarıldığını və yaxınlıqda yaşayan on minlərlə fələstinlinin ərazini Qəzza şəhərinin cənubuna doğru gedən dəhlizlərlə təhlükəsiz şəkildə tərk etdiyini bildirib.

Lakin Qəzzanın ən böyük xəstəxanası yaxınlığında İsrail-HƏMAS döyüşləri davam edir və xəstəxananın direktoru Məhəmməd Əbu Səlmiyə qarşıdurmanın müəssisəni əhatə etdiyini deyib.

Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan CBS News-un kanalının "Face the Nation" proqramına deyib ki, Birləşmiş Ştatlar "günahsız insanlar, tibbi yardım alan xəstələr xəstəxanalarda atəş altında olmaq istəmir və biz bununla bağlı İsrail Müdafiə Qüvvələri ilə məsləhətləşmələr aparırıq".

Yanacaq təchizatı azaldığı üçün xəstəxanada bəzi xəstələrin müalicəsi dayandırılıb, nəticədə iki körpə ölüb və onlarla xəstə risk altındadır.

Netanyahu təfərrüatları açıqlamadan İsrailin "Şifa xəstəxanasına yanacaq təklif etdiyini", lakin "onların bundan imtina etdiklərini" bildirib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG