Accessibility links

ÜST-ün Ukraynada səhiyyə sahəsində fövqəladə vəziyyət haqqında hesabatı ABŞ və Rusiya arasında mübahisə yaradıb


Birləşmiş Ştatlarla Rusiya arasında Ümumdünya Səhiyyə Təşkilatının Ukraynadakı humanitar böhranla bağlı hesabatı səbəbilə mübahisə yaranıb. Belə ki, Moskva onun siyasi motivli olduğunu, Vaşinqton isə onun tez bir zamanda yenilənməsinə çağırıb.

ÜST baş direktoru Tedros Adhanom Ghebreyesusun hesabatı həm Rusiya, həm də ABŞ-ın üzvü olduğu təşkilatın idarə heyətinə təqdim edilib.

Hesabatda 2022-ci ilin doqquz ayında baş verən hadisələr əhatə olunub və Rusiyanın fevralın 24-də hərbi müdaxilə etdiyi Ukraynada vəziyyəti səkkiz kəskin qlobal sağlamlıq fövqəladə hadisəsindən biri kimi təsnif edib.

Hesabatda 14 mindən çox mülki vətəndaşın ölümü, 17.7 milyon insanın humanitar dəstəyə ehtiyacı olduğu və 7ş5 milyon ukraynalı qaçqının Avropa boyu didərgin düşdüyü sənədləşdirilib.

ÜST hesabatında bilirib ki, dünya boyu səhiyyə müəssisələrinə ağır silahlarla edilən 471 hücumdan 448-i Ukraynada baş verib.

Rusiyanın ÜST-dəki nümayəndəsi hesabatı siyasi və birtərəfli adlandırıb və Ukraynaya istinadlarını əsassız ittihamlar kimi qiymətləndirib.

Moskva xüsusi hərbi əməliyyat adlandırdığı işğala başlayandan bəri Ukraynada mülki vətəndaşları hədəf aldığını inkar edib. Bu hərbi müdaxilə nəticəsində Ukrayna şəhərləri dağılıb, minlərlə döyüşçü öldürülüb, qlobal iqtisadiyyat sarsılıb.

ABŞ-ın BMT-dəki nümayəndəsi Şiba Kroker Ukraynada sentyabr ayından bəri baş verən insidentləri sənədləşdirmək məqsədilə hesabatın yenilənməsinə çağırıb.

“Rusiyanın hücumları…Ukraynada mülki vətəndaşlara və kritik infrastuktura ağlasığmaz ziyan vurub,” onun ofisinin yaydığı açıqlamada bildirilir.

“... Bu mənasız ölüm və məhv uşaqlar, qocalar və digər həssas qrupların həyati vacib səhiyyə xidmətlərindən istifadə imkanlarının üzərinə düşür,”- Kroker əlavə edib.

XS
SM
MD
LG