Accessibility links

WikiLeaks Hillari Klintonun yeni email yazışmalarını açıqlayıb


WikiLeaks portalı ABŞ prezidentliyinə demokrat namizəd Hillari Klintonun yeni yeni email yazışmalarını açıqlayıb. Cümə günü açıqlanan yazışmalar Klintonun Wall Street şirkətlər qarşısında çıxışlarının mətnlərindən ibarətdir.

Klintonun siyasi məsələlərdə "ictimai və özəl mövqelərin" olduğunu dediyi iddia edilir. Hillari Klinton seçki kampaniyası zamanıseçicilərin çoxu tərəfindən ona etibar olunmaması kimi problemlə qarşılaşmışdı.

Bizdə bu maliyyə maraqlarına görə belə vəziyyətin ağlasığmazdır.

Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri Reyn Pribus verdiyi açıqlamada "Hillari Klintonun kampaniya müddətində yaratdığı obrazın tamamilə saxta olduğu"-nu bildirib.

Klintonun kampaniyası yazıların həqiqiliyini təsdiq etməyib

Hillari Klintonun kampaniya müddətində yaratdığı obraz tamamilə saxtadır.

WikiLeaks tərəfindən açıqlanmış emailləri Klintonun seçkiqabağı qərargahının başçısı Con Podestanın hakerlərin hücumu nəticəsində sındırılmış hesabındakı yüzlərlə məktub arasında olub. Materiallar Klinton və onun respublikaçı rəqibi Donald Tramp arasında ikinci prezidentlik debatından iki gün əvvəl açıqlanıb.

​Klinton məktublarda eyni zamanda, prezidentliyə seçkiqabağı kampaniyanın namizədlərdən olduqca böyük maliyyə vəsaitinin toplanmasını tələb etdiyi ilə bağlı fikirləri yer alır.
"Bizdə bu maliyyə maraqlarına görə belə vəziyyətin olması ağlasığmazdır," deyə Klinton General Motors şirkətinin qlobal liderlik konfrasında çıxışı zamanı bildirib.

Demokrat Partiyasından nominasiya almaq uğrunda mübarizədə Klintonun rəqibi olmuş Vermont Senatoru Berni Sanders Klintonu Wall Street şirkətləri qarşısında çıxışlarının mətnlərini açıqlamağa çağırmışdı.

Klintonun bir sıra şirkətlər qarşısında çıxışlarından 20 miyon dollardan çox qonorar aldığı bildirilir.

XS
SM
MD
LG