Accessibility links

"Wikileaks" tərəfdarı haker qrupun növbəti hədəfi: "Paypal" və Amazon


"Wikileaks" tərəfdarı haker qrupun növbəti hədəfi: "Paypal" və Amazon
"Wikileaks" tərəfdarı haker qrupun növbəti hədəfi: "Paypal" və Amazon

“Anonim” adlı haker qrupu Twitter vebsaytı vasitəsilə tərəfdarlarını Amazonun fəaliyyətində problemlər yaratmağa istiqamətləndirib

“Wikileaks” veb səhifəsini dəstələyən hakerlər onlayn mübarizələrini davam etdirərək Paypal və Amazona hücumlarını genişləndiriblər.

Onlar bu saytları internetdə informasiya azadlığına qarşı fəaliyyət göstərməkdə ittiham edir. “Anonim” adlı haker qrupu Twitter sosial şəbəkəsi vasitəsilə tərəfdarlarını Paypal və Amazonun fəaliyyətində problemlər yaratmağa istiqamətləndirib. Buna baxmayaraq, Amazona qarşı edilən hücum dünən saytın fəaliyyətini dayandıra bilməyib. Daha əvvəl isə başlıca kredit kardları olan Mastercard və Visa “Wikileaks”ə daxil olan ianələri qəbul etmədiyi üçün onların da saytları hücumlara məruz qalmışdı.

XS
SM
MD
LG