Accessibility links

Navi Pillay "Wikileaks" saytına qarşı təzyiqlərə son qoymağa çağırıb


Navi Pillay "Wikileaks" saytına qarşı təzyiqlərə son qoymağa çağırıb
Navi Pillay "Wikileaks" saytına qarşı təzyiqlərə son qoymağa çağırıb

BMT İnsan Haqları üzrə ali komissarının sözlərinə görə, bu kampaniya senzura və ifadə azadlığının pozulması kimi qiymətləndirilir

Bİrləşmiş Millətlər Təşkilatının insan haqları üzrə rəsmisi özəl şirkətlərin “Wikileaks” veb səhifəsi ilə əməkdaşlığı dayanmasına təzyiq göstərilməsi barədə narahatlığını ifadə edib. İnsan Haqları üzrə ali komissarı Navi Pillay bu gün Cenevrədə deyib ki, sayta qadağalar qoyulması senzura və ifadə azadlığının pozulması kimi qiymətləndirilir.

“Wikileaks” veb səhifəsini dəstəkləyən bir qrup şəxs veb sayt üçün maliyyəni dayandıran qruplara qarşı informasiya müharibəsinə başladıqlarını elan ediblər. Özlərini “Anonim” adlandıran qrupun sözçüləri vebsayt və onun təsisçisi Culian Assanjın müdafiəsi üçün hücumları sürətləndirəcəklərinə söz veriblər. Qrup saytın təsisçisini azad sözün qrubanı kimi görür. Onlar iddia edir ki, qrup hücumlara yardım etmək üçün onlayn sosial şəbəkələrdən könüllülər cəlb edib. Wikileaks”-lə əlaqələrini kəsdiyinə görə, hakkerlər Mastercard və Visa cardın veb səhifələrinə hücum edərək, saytlara ciddi zərbə vurublar. “Anonim” adlı qrup tərəfdarlarını dünən Twitterdə yerləşdirdiyi çağırış postu ilə hərəkətə keçirib. Onlar tərəfdarlarını “İntiqam”ın növbəti dalğası olaraq Visa-nın veb səhifəsinə hücum etmək üçün “silahlarını” hazır vəziyyətə gətirməyə çağırıb.

XS
SM
MD
LG