Accessibility links

ABŞ Nümayəndələr Palatasındakı qarışıqlıq fonunda, bir sıra qanun layihələrinin aqibəti qeyri-müəyyəndir


ABŞ Konqresində çərşənbə günü işlər dayanıb. Belə ki, aşağı palata spikerin vəzifəsindən uzaqlaşdırlması və qanuncericilərin büdcə layihəsini qəbul etmək və hökumətin qapanmasının qarşısını almaq üçün altı həftəlik bir müddətlə üz-üzə olması fonunda iflic olub.

İşlək Nümayəndələr Palatasının olmaması və spikerliyə kifayət qədər dəstək toplanacaq namizədi müəyyən edib seçməyin günlərlə vaxt alma ehtimalı xarici hərbi maliyyə yardımı, beynəlxalq humanitar yardım və Çinin təsirinə qarşı mübarizə səylərini maliyyələşdirən qanun layihələri kimi bir neçə mühüm büdcə layihələrinin aqibətini qeyri-müəyyən vəziyyətə salır.

Respublikaçıların əksəriyyət təşkil etdiyi Nümayəndələr Palatasında qanunvericilərin bu həftə başqa səsvermə keçirəcəkləri gözlənilmir. Əvəzində Demokratlar və Respublikaçılar təkcə özləri arasında deyil, həm də Demokratların başçılıq etdiyi Senatla razılığın olmasını tələb edəcək bir dövrdə Nümayəndələr Palatasına kimin başçılıq edəcəyini müzakiərə edəcəklər.

Yaxın tarixdəki təcrübə onu göstərir ki, yeni spikeri seçmək sürətli bir proses olmaya bilər. Çərşənbə axşamı vəzifəsindən kənarlaşdırılan Nümayəndələr Palatasının sabiq spikeri Kevin Makkartinin namizədliyi üzərində yanvar ayında 15 dəfə səsvermə keçirilmişdi. O, partiyasındakı mühafizəkarlara bir sıra güzəştlərə getməli oldu. Bunlar arasında onun spikerlik vəzifəsinən çıxarılması üçün sadəcə bir qanunvericinin səsvermə tələb etməsinin kifayət olması ilə bağlı qayda var idi.

Respublikaçı nümayəndə Matt Qaetz MakKartinin keçən həftə mühafizəkar xərcləmə prioritetlərinin olduğu büdcə layihəsini təsdiq edə bilməməsindən sonra MakKartinin rəhbərliyi ilə bağlı məyusluğunu ifadə edərək, onun vəzifəsindən kənarlaşdırılması üçün bazar ertəsi axşam saatlarında səsvermə təklifi irəli sürüb.

Respublikaçılar Nümayəndə Palatasında cüzi səs fərqi ilə üstünlük təşkil etdiklərinə görə, MakKartinin uzaqlaşdırılması üçün Demokratlarla birgə bir neçə Respublikaçının səsverməsi kifayət edirdi. Respublikaçıların əksəriyyəti MakKartini vəzifəsində saxlamağa səs verib.

Bu, ABŞ tarixində ilk dəfə idi ki, ABŞ qanunvericiləri Nümayəndələr Palatası spikerini vəzifədən çıxarmağa səs verib.

MakKarti yenidən namizədliyi irəli sürə bilsə də, çərşənbə axşamı bunu etməyəcəyini açıqlayıb.

"Mən mübarizə aöarmağa davam edə bilərəm, bəlkə də başqa yollarla, və yenidən spikerliyə namizdəliyimi irəli sürməyəcəm," o deyib.

Demokratların lideri Hakim Cefris çərşənbə axşamı səhər sattlarında Demokrat həmkarlarına ünvanladığı məktubda kokusunu MakKartini spiker vəzifəsindən uzaqlaşdırmağa səs verməyə çağırıb.

“Nümayəndələr Palatası Demokratları irəliyə doğru işıqlı bir yolda ortaq dil tapmağa hazırdırlar. Təəssüf ki, bizim ifrat Respublikaçı həmkarlarımız eyni şeyi etməyə hazır olmadıqlarını göstərdilər. İndi Nümayəndələr Palatasında Respublikaçıların Vətəndaş Müharibəsinə son qoymaq Respublikaçılar Partiyasının üzvlərinin öhdəsinə düşür,” - Ceffris məktubda yazıb.

Forum

XS
SM
MD
LG