Accessibility links

Almaniya milli yığması İngiltərə yığmasını məğlub etdi


Almaniya milli yığması İngiltərə yığmasını məğlub etdi
Almaniya milli yığması İngiltərə yığmasını məğlub etdi

Dünya çempionatında Almaniya milli yığma komandası İngiltərə yığması üzərində 4-1 hesabı ilə qələbə çalaraq dörddə bir finala vəsiqə aldı

Cənubi Afrikada futbol üzrə dünya çempionatında Almaniya milli yığma komandası İngiltərə yığması üzərində 4-1 hesabı ilə qələbə çalaraq dörddə bir finala vəsiqə aldı. Oyunun 20-ci dəqiqəsində əvvəlcə Miroslav Klose topu qapıya vurdu, 32-ci dəqiqədə isə Lukas Podolski daha bir qol vuraraq, hesabı 2-0 etdi. 37-ci dəqiqə Metyu Apson İngiltərənin ilk qolunu vura bildi. Bundan bir dəqiqə sonra Frank Lampard az qala hesabı bərabələşdirəcəkdi. Lakin uruqvaylı hakim bunu qol hesab etmədi və birinci hissə Almaniyanın üstünlüyü ilə başa çatdı. İkinci taymda Almaniya komandasından Tomas Müller 67-ci və daha sonra 70-ci dəqiqədə qapıya iki top vuraraq oyunun taleyini həll etdi. Bu gün axşam Argentina milli yığma komandası Meksika yığması ilə görüşür. Meksika iki komanda arasında 25 dəfə keçirilmiş görüşlərin yalnız 4-də qələbə çala bilib. Argentina bu oyunlarda 11 dəfə qalib olub.

XS
SM
MD
LG