Accessibility links

Qüdsdə atışmada iki nəfər yaralanıb


Cümə günü Qüdsdə atışma nəticəsində iki nəfər yaralanıb.

Bu atışma Qüds yaxınlığında yerləşən sinaqoqda yeddi nəfərin bir fələstinli tərəfindən öldürülməsindən 24 saatdan az bir vaxtda baş verib. Cümə günü baş verən atışma nəticəsibdə daha 10 nəfər xəsarət alıb. Polis hadisə yerinə gələrək, silahlı şəxsi öldürüb.

Associated Press xəbər verir ki, şənbə günü baş verən hücumdakı silahlı şəxs polis tərfindən güllə ilə vurulub, amma onun vəziyyətinin necə olduğu hələ ki, bəlli deyil.

Cümə axşamı İsrail ordusunun Cenində qçqın düşərgəsində keçirdiyi reyddə doqquz nəfər ölüb. Bu, son illərdə İordan çayının qərb sahilində keçirilən ən tələfatlı reyddir.

Rəsmilər hücumların İsrail və işğal olinan İordan çayının qərb sahilində hücumların artacağına işarə olmasından narahatdırlar.

XS
SM
MD
LG